"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə 32 təklif göndərilib

--2015-06-17 / 13:36

Xacmaz Regional ədliyyə şöbəsindən verilən məlumata görə, 2014-cü il ərzində region bələdiyyələrinə 32 təklif göndərilib ki, bu təkliflər əsasında 6 şəxsə qanunsuz satılmış 0.50 ha torpaq sahəsinin satışı ilə bağlı alqı-satqı müqaviləsi ləğv edilmiş, 6 şəxsə qanunsuz icarəyə və istifadəyə verilən 7 ha. torpaq sahəsi üzrə müqavilə ləğv edilmiş, 20 şəxslə bağlı isə müvafiq torpaqayırma sənədləri regional şöbəyə təqdim edilmişdir. şöbədən verilən məlumatda deyilir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq bələdiyyələrin fəaliyyətində bəzi nöqsanlara rast gəlmək olur. Bu gündə bir sıra region bələdiyyələri torpaqların alqı-satqısı və icarəyə verilməsi zamanı da qanunvericiliyin tələblərinə əməl etmirlər

Qeyd edək ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları 7 kateqoriyaya bölünür ki, onlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqlardır. Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biridir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı yəni, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

 Belediyye.info

ŞƏRHLƏR