"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə 5,2 milyon manat dotasiya ayrılacaq

--2016-03-02 / 20:18

Ölkə başçısı  “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Bu dəyişiklikdən sonra bələdiyyələrə ayrılacaq dotasiyanın həcmi bəlli olub.

2016-cı ildə dövlət büdcəsindən yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiyanın həcmi 5.200.000 manat həcmində təsdiq edilib.

Qeyd edək ki, ardıcıl olaraq beş il əzrində bələdiyyələrə dövlət tərəfindən ayrılan dotasiyanın həcmi beş milyon manat ətrafında təsdiq edilir.

                                                                                               Belediyye.info

ŞƏRHLƏR