"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə ayrılan dotasiya və subvensiyanın həcmi artırılıb

--2019-12-17 / 08:25

Azərbaycan Prezidenti ilham əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1696-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiq edib.

Dövlət büdcəsində bələdiyyələrə aid edilən dövlət tərəfindən ayrılan dotasiya və subvensiyanın həcmi 6,2 milyon manat olub. Bu məbləğin 5 milyon manatı dotasiya, 1,2 milyon manatı isə subvensiya təşkil edib. Qeyd edək ki, ötən il ayrılan məbləöin həcmi 5,5 milyon manat olmuşdu.

Belediyye.info

ŞƏRHLƏR