sorğu
Sumqayıt regional ədliyyə idarəsindən Belediyye.infoya daxil olan məlumata görə, cari ilin birinci rübü ərzində bələdiyyələrə yeddi tövsiyyə məktubu göndərilib.
Bu tövsiyə məktublarının biri bələdiyyə vəsatinin düzgün ayrılmaması ilə, altı tövsiyə isə aktın vaxtında göndərilməməsiylə bağlı olub.
Qeyd edək ki, tövsiyə məktubu “Bələdiyyələrin statusu” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR Qanununa əsasən hazırlanıb.
Bununla yanaşı qanunvericilikdə edilmiş dəyişikliklər ilə bağlı bələdiyyələrə 46 metodik vəsait göndərilib.
Belediyye.info