"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə himayəni kim və hansı qurum etməlidir?

--2018-05-01 / 18:13

Bu gün bələdiyyələrin fəaliyyətində elə dövr gəlib ki, onlara lobbçilik olmasa “ag gün”ə çıxması sual altında ola bilər. Bəs bələdiyyələrə lobbiçiliyi və ya mənəvi himayəçiliyi kim və hansı qurum etməlidir?

Bu sualla biz bələdiyyə üzvlərinə və tanınmış ekspertlərə müraciət etdik.

Səbina Abdullayeva (Xətai bələdiyyəsinin üzvü)- “Düsünürəm ki, bələdiyyələr özləri özlərinə dəstək olmalıdır”.

Samirə Həsənova (Binəqədi rayon Biləcəri bələdiyyəsi bələdiyyəsinin sədr müavini) “Cox maraqlı və düsündürücü sualdır. Fikrimcə, bələdiyyənin fəaliyyəti ilə baglı lobbiçilik edən sakinlərdir, dövlət və qanunvericilik orqanlarının qəbul etdikləri qərarlara təsir etməyə yönəlmiş qüvvə onlardır. Quruma gəldikdə isə bu Bələdiyyələrlə is mərkəzi olmalldır. inzibati nəzarəti həyata keçirən yeganə orqan onlardır. Fəaliyyətimizlə baglı gücü lobbiçilik olsa cox islərə nail olmaq olar”

Osman Gündüz (Multimedia mərkəzinin rəhbəri) - “bələdiyyələrə lobbiçiliyi bilavasitə Milli Məcslisin müvafiq komitəsi və bələdiyyə assosiasiyaları həyata keçirməlidir.”

Belediyye.info

ŞƏRHLƏR