"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə maliyyə yardımlarının həcmi artıb

--2015-05-16 / 16:24

 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə  “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində ölkə bələdiyyələrinin 2014-cü ildəki fəaliyyətini Dövlət Statistika Komitəsinin məlumatları əsasında təhllil etmişdir. 1715 bələdiyyənin 2014-cü ildəki büdcə gəlirləri  49.065.700 manat olmuşdur. Bu əvvəlki illə müqayisədə 3,9 % artıq deməkdir.  Başqa sözlə 2013-cü ildə hər bir bələdiyyənin orta  rəqəmlə ay ərizndəki gəliri 2292 olduğu halda, bu rəqəm ötən ildə 2384 manata bərabər olmuşdur.

əlavə olaraq qeyd edək ki, ölkə bələdiyyələrinin ən  yüksək büdcə gəliri  2007-ci ildə olmuşdur. Həmin il Azərbaycan bələdiyyələri 50 milyon manatdan bir qədər artıq vəasit toplaya bilmişdirlər. Bələdiyyələrə bu rəqəmi yeniləmək hələ ki, mümkün olmamışdır.

Beləliklə, son bir il ərzində hər bələdiyyənin büdcə gəliri orta hesabla 92 manat artmışdır. Bu gəlirlərin 50,9 %-i bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəyə verilməsindən, 14,0 % -i torpaq vergisindən, 9,2 % -i əmlak vergisindən, 1,3 %-i mədən vergisindən, 1,0%-i sanatoriya-kurort rüsumundan, 9,4%-i isə fiziki şəxslərin maliyyə yardımından daxil olmuşdur. Xatırladaq ki, dövlət tərəfindən ayrılan dotasiya və subvensiyaların həcmi ümumi büdcə gəlirinin 10,6 % -ni təşkil etmişdir.

2013 -cü illə müqayisədə  yerli büdcənin artımı yalnız fiziki şəxslərin maliyyə yardımlarının həcmində hiss edilmişdir. Yəni bu istiqamətdə yerli büdcə daxilolmalar dörd dəfəyədək artmışdır. 2013-cü ildə maliyyə yardımlarının həcmi ölkə üzrə bir milyon manat olduğu halda bu rəqəm ötən il 4,7 milyon manata yaxın olmuşdur.  

Büdcə xərclərinə gəlincə qeyd edilməlidir ki, əldə olunan vəsaitlərin 41,3 % yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 38,6 %-i mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilmişdir. Qalan 20,0% yaxın hissə isə təhsil, səhiyyə, sosial müdafiə  və nəqliyyat xərclərinə ayrılmışdır.

 

 “Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai Birliyi

23.04.2015

ŞƏRHLƏR