“Azərbaycan bələdiyyələri tərəfindən inzibati ərazilərinə sərmayələrin cəlb edilməsi üçün bir sıra ciddi addımların atılmasına ehtiyac vardır”- bu fikri Belediyye.infoya açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri Vüqar Tofiqli bildirib.
Bu addımlar sırasına ilk növbədə bələdiyyə üzvlərinin maarifləndirilməsi dayanmalıdır. Nəzərə almalıyıq ki, 2014-cü il seçkilərində qalib gələn bələdiyyə üzvlərinin yarıya qədər hissəsi ilk dəfədirki seçilib və bu sahədə təcrübələri yoxdur.
Ölkədə biznes mühitinin sağlamlaşdırılmasında bələdiyyələr də sözlərini deməlidirlər. Lakin bunun üçün hökumət bu istiqamətdə konkret proqramla çıxış etməli və bir sıra qayda və hüquqi prosedurlar sadələşdirilməlidir.
ilk növbədə bələdiyyələr tərəfindən girov qoyub kredit götürməsi üçün bələdiyyələrin mülkiyyətinə torpaqların və əmlakın verilməsi məsələsi sürətləndirilməlidir. Hazırda cəmi 35 faiz bələdiyyənin mülkiyyətində torpaq və əmlak vardır. Bakı bələdiyyələri yarandıqları gündən hər hansı mülkiyyətə sahib deyillər.
Bundan əlavə fermerə icarəyə verilməsi nəzərdə tutulan sahələrin hər hansı hüquqi statusu olmadığından fermer bələdiyyələrə müraciət etmir.
Torpaqların mövsümü icarəyə verilməsi proseduru dəyişməli, proses hərracdankənar həyata keçirilməli və ümumiyyətlə sadələşdirliməlidir.
inanmaq olar ki, bələdiyyənin mülkiyyəti olsa banklardan və Sahibkarlığa Milli Kömək Fondundan kredit götürməklə özü də istehsal müəssisələri yarada bilərlər.
V.Tofiqlinin sözlərinə görə, yalnız belə olan halda bələdiyyələr yerlərdə biznes mühitinin yaranmasında və işsizlik probleminin həllində yaxından iştirak edə bilərlər.
Belediyye.info