"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə qarşı ayrı-seçkilik nə vaxta qədər davam edəcək?-REPLiKA

--2018-07-12 / 18:57

Bu gün bələdiyyələrin cəmiyyətdə hörmət və nüfuz artmaqdadılr. Və bunu bir çox məmurlar da öz çıxışlarında xüsusi vurğulayırlar. Lakin RiH rəsmiləri bu məqamı nədənsə unudur.

Son iki gün ərzində keçirilən RiH Başçılarının altıaylıq hesabat yığıncaqlarından hazırlanan press-relizləri diqqətdən keçirdim. Bununla bağlı mətbuat üçün açıqlamalarda konkret yazılır:

“Yığıncaqda RiH-in məsul işçiləri, hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və ictimaiyyəti nümayəndələri iştirak ediblər."

Maraqlı görünən odur ki, press-relizi hazırlayan RiH-rəsmiləri nədən bu siyahıya bələdiyyələri yazmırlar, ya da yazmaqda çətinlik çəkirlər.

Halbuki iclasda qarşıda oturanların əksəriyyəti məhz bələdiyyə sədrləridir.

Gündəlik bələdiyyələrə zəhmlə tapşırıq verməkdə maraqlı olan RiH rəsmiləri nədən siyahiya bələdiyyələri yazmırlar. Sual olunur bu cür ayrı-seçkilik nə vaxta qədər davam edəcək?

Bu məqama nə ad vermək olar: qısqanclıq və ya məsuliyyətsizlik...

Ümid edirəm ki, Prezidentin son çıxışından sonra bu prosesdə və münasibətdə bir dəyişiklik olacadır.

Belediyye.info

ŞƏRHLƏR