"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə tövsiyə edilir-CiDDi

--2016-07-11 / 16:50

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Bakı bələdiyyələrinə “Məişət tullantılarının daşınması üçün ödənişlərin tətbiqi ilə bağlı” tövsiyə məktubu göndərib. Rəis müavini Fazil Məmmədovun imzasıyla gondərilən məktubda qeyd edilir:

 “Son vaxtlar vətəndaşlardan daxil olmuş müraciətlərdə Bakı şəhərinin bir sıra bələdiyyələri tərəfindən məişət tullantıları ilə bağlı yerli ödənişlərin tətbiq olunması göstərilir.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1-ci maddəsində bələdiyyələr tərəfindən tətbiq edilməli olan yerli ödənişlər göstərilmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilməmiş, məişət tullantılarının daşınması bələdiyyələrə həvalə olunmamışdır.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncama əsasən Bakı şəhəri ərazisində əmələgəlmə mənbələrindən asılı olmayaraq bütün bərk məişət tullantılarının yığılması, daşınması və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı şəhəri icra Hakimiyyətinə tapşırılmışdır.

Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.5-ci bəndində bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Göstərilənlərin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilərək qanunun tələblərinə əməl olunmasını tövsiyə edirik.

Belediyye.info

ŞƏRHLƏR