Ekologiya və Təbii Sərvətlər Nazirliyi ardıcıl olaraq bələdiyyə sədrlərinə cərimə tətbiq edir. Digər tərəfdən də nazirlik təmsilçisinin Belediyye.infoya verdiyi açıqlamaya görə, hər bir bələdiyyə yerlərdə RiH-lərin strurkturuna aid Mənzil Kommunal Birlikləriylə müqavilə bağlamalı və prosesin də icrasına nəzarət etməldirilər. Yanlız belə olan halda bələdiyyə sədrlərinə qarşı hər hansı cərimə sanksiyası tətbiq edilməyə bilər.
Bununla bağlı Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova hüquqi-normativ sənədlərə söykənən açıqlama ilə çıxış edib:
-Bu gün bələdiyyələr adıçəkilın aidiyyatı qurum tərəfindən ən çox məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmaması ilə bağlı cərimə olunur. Bələdiyyə qanunvericiliyinə əsasən Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1-ci maddəsində bələdiyyələr tərəfindən tətbiq edilməli olan yerli ödənişlər göstərilmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilməmiş, məişət tullantılarının daşınması bələdiyyələrə həvalə olunmamışdır.Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncama əsasən Bakı şəhəri ərazisində əmələgəlmə mənbələrindən asılı olmayaraq bütün bərk məişət tullantılarının yığılması, daşınması və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı şəhəri icra Hakimiyyətinə tapşırılmışdır.
Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.5-ci bəndində bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bu gün cərimə olunan bələdiyyələrdir. ərazinin təmiz saxlanılması istiqamətində bütün maliyyəsini, imkanlarını sərf edən də məhz bələdiyyələrdir
Düşünürəm ki, bələdiyyələri və bələdiyyə sədrlərini cərimə etməkdənsə onlara bu işdə yardımçı olmaq daha münasib olar.
Belediyye.info