"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi büdcə şəffaflığın təminatıdır

--2018-01-15 / 00:16

“Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramı  Zakatala rayon Muxax bələdiyyəsi tərəfindən öyrənilir və tətbiqinə üstünlük verilir. Bunun nəticəsidir ki, Muxax bələdiyyəsinin ərazisində olan vergi ödəyiçiləri barədə olan məlumatlar torpaq və əmlak vergiləri  demək olar ki,  Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) yerləşdirilmişdir.

Bələdiyyə sədri Valeh Abdullayevin Belediyye.infoya  verdiyi məlumata görə,  bələdiyyələrdə  tətbiq edilməyə başlanan proqramın  tətbiqinin əsas məqsədi  vergi və ödənişlərin toplanması, vergi ödəyişiləri ilə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunmasıdır.

 Sədr daha sonra bildirib ki,  BAMS  proqramı bələdiyyələrin bütün fəaliyyətini əks etdirən məlumatları bazada yerləşdirməklə vergi və ödənişlər, həmçinin gəlir və xərclərlə bağlı aparılacaq bütün əməliyyatları  qeydə alır və lazım olan statistik məlumatları operativ əldə etmək imkanı yaradır. Bələdiyyədə olan mütəxəssislər proqramdan rahatlıqla istifadə edirlər.Ehtiraf etməliyəm ki,Muxax bələdiyyəsində məlumatların vaxtı-vaxtında  BAMS-a yerləşdirilməsində heç bir problemimiz yoxdur.  əlavə olaraq onu da bildirmək yerinə düşər ki,proqramın təşkilatcılarına şəxsən öz adımdan təşəkkür edirəm.Ona görə ki,həmin proqramdan istifadə edilməsinə başlandıqdan sonra vergilərin bələdiyyə büdcəsinə daxil olmalarda irəlləyişlər var.

Həqiqətən də 2017-ci ilin büdcə gəlilərinə nəzər yetirdikdə bunları görməmək mümkün deyildir.inanırıq ki,  Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) ildən ilə daha da təkmilləşəcəkdir ki,bu da bələdiyyələrin büdcə şəffaflığının artırılmasına məlumatların operativ şəkildə əldə edilməsinə öz layiqli tövhəsini verəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR