"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini tətbiq etməklə müsbət nəticələr əldə etmişik

--2017-04-28 / 19:37

Ulu Öndər Heydər əliyev tərəfindən əsası qoyulmuş və bu gün onun siyasi kursunun layiqli davamçısı  Prezident  ilham əliyev tərəfindən ugurla davam etdirilən inkişaf strategiyası, eləcə də həyata keçirilən və insanlarin maddi rifah halının yüksəldilməsinə hesablanan  çoxsaylı layihələr nəticəsində son illər böyük iqtisadi inkişafa nail olunmuşdur.

Möhtərəm Prezidentimizin bələdiyyələrlə bağlı imzaladığı Sərəncamlar  və mühüm əhəmiyyətli göstərişlər  bələdiyyələrin inkişafına    öz müsbət təsirini göstərmişdir.

Bələdiyyələr üçün yaradılmış belə əlverişli şəraitdən istifadə edərək biz də qəsəbəmizin sosial-iqtisadi və ictimai həyatında fəal iştirak etməyə çalışmış və fəaliyyətimizi əsasən  əhalini narahat edən problemlərin həllinə yönəltmişik.

Məruzədə də qeyd olunduğu  kimi görülən bütün işlərin, sakinlərə göstərdiyimiz xidmətlərin  kəmiyyət və keyfiyyəti bələdiyyələrin maliyə imkanlarından asılı olduğundan hesabat ilində tərəfimizdən yerli büdcənin formalaşmasına, yerli vergi və ödənişlərin yığılması işinin təşkilinə xüsisi fikir verilmişdir.  Bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edilmiş, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması və eyni zamanda Yerli Vergi və Ödənişlərin Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini (BAMS) tətbiq etməklə müsbət nəticələr əldə etmişik.

Belə ki,  2016-cı ilin yekunlarına görə budcə gəlirlərimiz 300 000  manat nəzərdə tutulduğu halda, 463 208 manat təşkil etmişdir. 2015-ci illə müqayisədə isə 2016-cı ildə  büdcə gəlirlərimiz 37 faiz artmışdır. Büdcə daxilolmalarının 227 607 manatı  fiziki şəxslərdən torpaq vergisi, 213 682 manatı  fiziki şəxslərdən əmlak vergisi  təşkil etmişdir. Göründüyü kimi   gəlirlərimizin  - 95,2  faizi  yalnız fiziki şəxslərdən torpaq və əmlak vergisi hesabına formalaşmışdır. Bu nəticələr Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi proqramını tətbiq etməklə vergi ödəyicilərinin dəqiq uçotunun aparılması, onlarla münasibətlərin düzgün qurulması və maarifləndirmə işlərinin aparılması hesabına əldə edilmişdir. Artıq 7444 vergitutma obyekti barədə məlumatlar proqrama daxil edilmişdir və bu proses gündəlik olaraq davam etdirilir. Digər tərəfdən  isə  büdcə vəsaitlərinin  221 100 manatının, demək olar ki, tam yarısının qəsəbənin abadlaşdırılmasına, təmizlik işlərinin aparılmasına, sosial-humanitar tədbirlərin həyata keçirilməsinə, bir sözlə qəsəbədə mövcud olan yerli problemlərin həll olunmasına  xərclənməsi və bu barədə  sakinlərə hesabatların verilməsi, görülən bütün tədbirlərdə sakinlərin iştirakının təmin edilməsi onlar tərəfindən  vergilərin ödənilməsinə marağı artırmışdır.

 Düşünürəm  ki, vergi və ödənişlərin  vergi ödəyiciləri tərəfindən ödənilməsi yolları da artırılmalı və  bu sahədə sakinlərin yararlanması üçün bütün imkanlar yaradılmalıdır. Təklif edirəm ki, bank, poçt və ödəmə terminalları ilə yanaşı   ödənişlərin onlayn qaydada ödənilməsi də bələdiyyələr tərəfindən təmin edilsin.

2016-cı ildə Bakıxanov bələdiyyəsi tərəfindən  qəsəbənin hüdudları daxilində müxtəlif ünvanlarda küçələrə asfalt örtüyü vurulmuş, abadlıq işləri aparılmışdır.  

Ümumilikdə abadlıq-quruculuq  və qəsəbənin sanitar təmizlik işlərinə 214 970  manat  maliyyə vəsaiti xərclənilmişdir.

Eyni zamanda bələdiyyə tərəfindən qəsəbənin aztəminatlı ailələrinə  bayram sovqatları, müxtəlif təyinatlı aylıq və birdəfəlik yardımlar göstərilmişdir. Ümumilikdə göstərilən sosial  yardımlara isə 6120 manat vəsait xərclənilmişdir.

Rayonumuzda  aparılan  abadlıq–quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər böyük əhəmiyyət kəsb edir. istər  Sabunçu rayonu, istərsə də qəsəbəmiz gün-gündən  abadlaşır,  yeni görkəm alır.  Biz bələdiyyə olaraq öz  növbəmizdə qəsəbənin iqtisadi-inkişafında, ictimai həyatında  yaxından iştirak etmiş və gələcəkdə də iştirak  edəcəyik.

Yuxarıda qeyd etdiyim kimi, müəyyən müsbət nəticələrin əldə edilməsinə baxmayaraq, hesab edirəm ki, mövcud potensialımızdan hələ ki, tam istifadə edə bilməmişik. Sakinlərə daha geniş  ictimai xidmətlərin göstərilməsi üçün istehsal və xidmət sahələrinin yaradılması işi ləngiyir. Ona görə bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi üzrə  də ödənişlərimiz olmamışdır. Eyni zamanda büdcə gəlirlərimizin əsasını təşkil edə biləçək digər yerli ödənişlərin heç birindən maliyyə daxilolmalarına nail ola bilməmişik. Küçə (divar) reklamının yayımı üçün, Nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün, stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərin yığılmasında mövcud olan problemlər hələ ki, qalmaqdadır. Bu problemlər bir çox digər bələdiyyələrdə də həll olunmamışdır. Fürsətdən istifadə edib təklif edirəm ki, qeyd etdiyimiz problemlərin həllinə nail olmaq üçün Milli Assosiasiya tərəfindən mərkəzləşdirilmiş formada müvafiq icra hakimiyyəti orqanları qarşısında bu məsələlər bir daha qaldırılsın. Milli Assosiasiya həmişə ümumi problemlərin həllində bizə dəstək olmuşdur. Son zamanlar “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” proqramının tətbiqi ilə bağlı bu dəstəyi daha  çox hiss edirik. Hesab edirəm ki,  yuxarıda qeyd etdiyim problemlərin həlli Milli Assosiasiyamızın dəstəyi və köməkliyi ilə öz həllini taparsa bələdiyyələrimizin maliyyə vəsaitlərinin artmasına və son nəticədə fəaliyyətimizə müsbət təsir göstərəcəkdir.

Bakıxanov bələdiyyəsinin qarşısında 2017-cı ilin Tədbirlər planına uyğun olaraq, məhəllədaxili yollara asfalt örtüyünün vurulması, qəsəbənin hüdudları daxilində  abadlıq  və  yaşıllaşdırma   işlərinin   aparılması nəzərdə tutulmuşdur. Eyni zamanda  qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə əhaliyə   xidmətin səviyyəsini yüksəltmək Bakıxanov bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Bələdiyyəmiz müvafiq icra orqanları ilə birlikdə qəsəbənin sosial iqtisadi inkişafında və  ictimai həyatında yaxından iştirak etməklə, sakinlərin rifahı naminə yerli problemlərin həllinə nail olmaqla qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Ramiz Nəsibov

Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR