“Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı bələdiyyələr tərəfindən öyrənilir və tətbiqinə üstünlük verilir. Bu gün Bakının Səbail və Xətai bələdiyyəsi, Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi, Sabunçu rayonun Pirşağı və Bilgəh bələdiyyələri, Xəzər rayon Binə bələdiyyəsi, Bərdə bələdiyyəsi, şirvanın şəhər Hacıqəhrəmanlı bələdiyyəsi, Cəlilabad, Gəncənin Kəpəz bələdiyyəsi və Zakatala bələdiyyəsi proqramın təminatını yüksək səviyyədə tətbiq edirlər” – bu fikriləri Belediyye.infoya açıqlamasında Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibinin müavini-Bələdiyyələrin iqtisadi inkişafı və əlaqələndirmə Departamentinin direktoru Pərviz Muradov bildirib.
Onun sözlərinə görə, bələdiyyələrdə tətbiq edilməyə başlanan proqramın tətbiqinin əsas məqsədi vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunmasıdır. Xatırladaq ki, Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən hazırlanmış Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanılıb.
P.Muradovun sözlərinə görə, BAMS proqramı bələdiyyələrin bütün fəaliyyətini əks etdirən məlumatları bazada yerləşdirməklə vergi və ödənişlər, həmçinin gəlir və xərclərlə bağlı aparılacaq bütün əməliyyatları qeydə alır və lazım olan statistik məlumatları operativ əldə etmək imkanı yaradır. Hazırda bu proqram bütün bələdiyyələrdə uğurla tətbiq olunur və bələdiyyələr proqramdan rahat istifadə edirlər.
P.Muradovun fikrincə, proqram işləndikcə onun təkmilləşdirilməsi də həyata keçiriləcək. əsas məsələ bələdiyyələrin proqramın istifadəsinə maraqlı olmasıdır. Etiraf edilməlidir ki, bu gün bəzi bələdiyyələr proqramın istifadəsinə ciddi yanaşmırlar.
Belediyye.info