"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin fəaliyyəti təkmilləşdirilməlidir

--2016-02-19 / 19:23
Vətəndaşların bələdiyyələrə münasibəti birmənalı deyil. Bələdiyyələrin səlahiyyət və öhdəliklərini yetəri qədər icra etməməsi onlara olan inamı azaldıb.
Rəsmi səviyyədə də bələdiyyələrin fəaliyyətindən narazılıqlar açıq şəkildə bəyan olunur.
 
BəLəDiYYəLəRLə iş MəRKəZiNiN RəiSi MEHDi SəLiMZADə: "Bəzi bələdiyyələr var ki, onlar fəaliyyətlərini təşkil edə bilməyiblər. Bələdiyyənin ləğvi tək bələdiyyədən asılı deyil, əhalidən də asılıdır. Tənqid olunurlar bələdiyyələr. əlbəttə tənqid olan yerdə müsbət nəticə əldə etmək olar. Tənqid varsa deməli nəticə çxarmaq lazımdı, işi təşkil etmək lazımdır".
 
BəLəDiYYəLəRiN FəALiYYəTiNiN TəBLiÄži iCTiMAi BiRLiYiNiN SəDRi VÜQAR TOFiQLi:"Azərbaycan bələdiyyəsinin orta aylıq gəliri 3 min manata çatmır və bu məbləğlə bələdiyyədən hansısa ciddi addım gözləmək olmaz. Kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulan məsələlərin içərisində ilk növbədə qanunvericilikdəki boşluqların aradan qaldırılmasıdır".
 
Qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar Milli Məclisdə işçi qrup yaradılıb. Millət vəkili Rüstəm Xəlilovun rəhbərlik edəcəyi qrup bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini araşdıracaq.
 
Ekspert Vüqar Tofiqli deyir ki, bələdiyyələr də öz nüfuzlarını artırmaq qaldırmaq məqsədilə müxtəlif təşəbbüslərlə çıxış etməlidilər. Təkliflər paketi hazırlamalı və sosial layihələrə üstünlük verməlidirlər.
 
BəLəDiYYəLəRiN FəALiYYəTiNiN TəBLiÄži iCTiMAi BiRLiYiNiN SəDRi VÜQAR TOFiQLi: "Azərbaycan bələdiyyə sistemi müəyyən dövrə qədər torpaq satan bir orqan kimi, mənfi imici olan bir qurum kimi təqdim edilirdi. Bələdiyyənin cəmiyyətdəki nüfuzunu, hörmətini artırmaq üçün bələdiyyə özü də təşəbbüskar olmalıdır bu məsələdə. Layihələr icra etməlidir, təklif paketləri təqdim etməlidir. Dövlətdən vəsait tələb etməməlidir. Sözsüz ki, bələdiyyənin üzərinə bu işdə müəyyən yük düşür".
 
Ekspertlər deyirlər ki, ölkə iqtisadiyyatının post-neft dövrünə keçdiyi indiki şəraitdə bələdiyyələrin də üzərinə böyük vəzifələr düşür. Həyata keçirilən layihələrin nəticəsi olaraq, istehsalat sahələrinin yaradılması və əhali arasında işsizliyin aradan qaldırılması bələdiyyə-vətəndaş münasibətlərində yeni mərhələnin başlamasına şərait yarada bilər.
 
"Burada əsas məsələ dövlətin dəstəyi olmalıdır layihələrin icrasıyla bağlı. Bələdiyyə istehsal sahələrinin yaradılmasında mühüm rol oynaya bilər. Azərbaycanda 50-ə yaxın bələdiyyə var ki, Sahibkarlığa Kömək Milli Fondunun köməkliyilə güzəştli kreditlərə sahibləniblər. Həmin o güzəştli kreditlərin alınmasında məqsəd yerlərdə istehsal sahələrinin yaradılmasıdır".
 
Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin ümumi sayı 1607-dir. indiyədək bələdiyyələrlə bağlı 20-yə yaxın qanun və 200-dən çox normativ hüquqi sənəd qəbul edilib.
 
Ekspertlərin fikrincə, Milli Məclisdə yaradılan işçi qrupun bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllinə nail olması yerli özünüidarəetmə qurumlarının fəaliyyətini təkmilləşdirə  və cəmiyyətdə onlara olan etibarı artıra bilər.
ŞƏRHLƏR