Bu gün Azərbaycanda 1607 bələdiyyə fəaliyyət göstərir. Vətəndaşların öz bələdiyyələrinin qurulmasında yaxından iştirakına baxmayaraq, hələ də bir çoxları bələdiyyələri "torpaq satan" qurum kimi tanıyır. Məhz bu səbəbdən bələdiyyələrin bugünkü fəaliyyətindən razı olanlar da var, olmayanlar da.
Binəqədi rayon sakini əli Bayramov bələdiyyənin fəaliyyətindən razı olanlardandır: "Gəlmişdim vergi məsələsinə görə. Mən də təqaüdçüyəm, yoldaşım da. Üz tutdum bura, mənə izah etdilər ki, əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən yoldaşınızın adına arayış alın və sizi əmlak vergisindən azad edək. Göstərilən diqqətə görə çox razıyam, hamınıza təşəkkür edirəm".
Digər rayon sakini Saleh şıxəliyev də narazılıq etmir: "Problemim özümə məxsus olan qarajla bağlıdır. 2006-cı ildə tikilib. Amma bu tikili ilə bağlı qərar yoxdur. Bütün sənədlərim var, səliqəli saxlamışam. indi müraciət etmişəm ki, bələdiyyə sənəd almama yardımçı olsun. Onlar narahatlığa əsas olmadığını və tezliklə bu problemin yoluna qoyulacağını dedilər. Bələdiyyənin belə fəaliyyətindən çox razıyam".
Amma yerli idarəetmə orqanın fəaliyyətindən gileylənənlər də az deyil. Binəqədi rayonu, 8-ci mikrorayon sakini, Azadlıq prospekti 179, 18-ci binanın sakini Müseyif əliyev deyir ki, mənzillərində istilik sistemi yoxdur. Binanın lift məsələsi isə uzun illərdir həll olunmur: "Bələdiyyələr insanların üzləşdikləri əksər sosial problemlərin aradan qaldırılmasına yardımçı olmalıdır. Bu bütün dünya ölkələrində belədir. ən inkişaf etmiş ölkələrdə belə bələdiyyənin çox böyük əhəmiyyəti var. Həmçinin Türkiyədə".
Yavər Məmmədov isə vergiləri hansı quruma ödəməyin anlaşılmaz olduğunu deyir: "Bələdiyyə əraziyə gəlmir, gələndə deyir, pul ver. Mənzil istismar idarəsi də həmçinin. Kimə verək, niyə verək bu pulu? Bələdiyyə heç olmasa bir dəfə binanın qarşısına yağış yağan zaman ora bir taxta qoyub?"
Binəqədi qəsəbəsi, Mədən küçəsi, 1 korpus , 350 nömrəli evin sakini Fərman Mahmudov da qəsəbə bələdiyyəsinin fəaliyyətindən şikayətçidir: "əvvəlki illərdə bələdiyyə üzvləri gəlib torpaq pulu alırdılar. Sakinləri aldadıb, pulu çox alırdılar. Bir müddət əvvəl dedilər, siz cərimələnmisiniz. Getdik, araşdırdıq".
Deyilənlərə aydınlıq gətirmək məqsədilə üz tutduq Binəqədi rayon bələdiyyəsinə. idarədən bildirdilər ki, sədr ərazidədir. Biz də əraziyə baş çəkmək qərarına gəldik. Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı bizimlə söhbətində bildirdi ki, bələdiyyənin əhatə dairəsinə 4 mikrorayon və 90 600 sakin daxildir: "Bu gün daha çox müraciət torpaq alışı, onların rəsmiləşdirilməsi, sənədləşdirilməsi ilə bağlıdır. Amma biz sakinlərə anlatmağa çalışırq ki, bu gün bələdiyyənin səlahiyyətlərinə torpaq satışı daxil deyil. Biz bu gün əhalidən yığdığımız əmlak və torpaq verginin yığılması ilə məhz onların özünə xidmət edirik".
Sitarə Cabbarlı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bələdiyyələrin əməkdaşlığına diqqət çəkir: "Bu gün siz də şahid oldunuz ki, sakinlər onlardan yığılan xidmət haqqına görə narazılıq edirlər. Amma MiS-lə bizim qurumlar görüşəndə də izah edirik ki, əhali bələdiyyəyə əmlak vergisi, mənzil kommunal istismarı idarəsinə isə xidmət haqqı ödəyir. Ünvanımıza olan digər müraciətlər isə bilavasitə arayışların alınması ilə bağlıdır. Eyni zamanda maddi yardımların ayrılması, ərazilərdə abadlıq-quruculuq işlərinin aparılması ilə bağlı da bələdiyyələrə müraciət edənlər olur".
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva deyir ki, vətəndaşlardan gün ərzində çoxlu sayda müraciətlər olur: "ərizələr, şikayətlər, müraciətlər alırıq. əsasən sənədləşmə ilə bağlı müraciətlər daha çox olur. Bu gün bizim ən yaralı yerimiz ərazimizdə olan 20 mindən artıq ev təsərrüfatının çox az hissəsinin sənədlə təmin olunmasıdır. Qəsəbənin 20 il burda yaşayan sakini gəlir ki, evimi özəlləşdirmək istəyirəm. Aidiyyəti qurumlar vətəndaşı bələdiyyələrin üstünə göndərir. Biz bu gün bu sənədi verə bilmirik. Amma Torpaq Məcəlləsinin 16.1 maddəsinə əsasən, bir ərazidə 5 ildən artıq qeydiyyatda olan vətəndaş qonşularının şahidliyi ilə bu durumunu aktlaşdırıb, evini sənədləşdirə bilər. Lakin sonuncu hərracın qiyməti ilə. Amma Bakı şəhərində hərrac keçirilmir. Qanun bizə vətəndaşa sənəd verməyə müəyyən imkan yaradır, amma biz bunu hərrac olmadığına görə verə bilmirik. Burada vətəndaşın haqlı narazılığı yaranır".
Aytac əliyeva deyir ki, narahatlıq doğuran məsələlər arasında kommunal xidmətlər sahəsində yaşanan problemlər də var. Mərkəzləşdirilmiş su xətlərinin azlıq təşkil etdiyini deyən Aytac əliyevanın sözlərinə görə, kanalizasiya şəbəkəsinin sayı da azlıq təşkil edir. Bu isə bilavasitə yol örtüyünün sıradan çıxması ilə nəticələnir.
APA TV-yə açıqlamasında ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin sədri Mehdi Səlimzadə bildirib ki, yerlərdə yaramış problemlərin həlli üçün əhali özü də bələdiyyələrlə sız işləməlidir: “əhalinin özü də bələdiyyələrlə sıx əlaqə saxlamalıdır. Amma bələdiyyə əhali ilə təmasda fəaliyyət göstərməlidir. işin təşkili ilə bağlı maliyyə imkanı olmaya bilər, amma hər şeyi maliyyənin üstünə atmaq olmaz. Bələdiyyələr çalışmalıdır ki, vətəndaşlarla görüşlər keçirsin, problemlərin qarşılıqlı bölüşdürülməsinə nail olsun. Bəlkə müəyyən problemlərin həllində əhalinin müəyyən təbəqələrinə köməklik göstərilə bilər? Yəni qarşılıqlı fəaliyyət davam etdirilməli və fəaliyyətsizliyə son qoyulmalıdır”.
M.Səlimzadə bu sahədə əsas problemlərdən birinin bələdiyyə sədrlərinin işlərinə ciddi münasibət göstərməməsi olduğunu vurğulayıb.