Ölkəmizdə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir.
Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident ilham əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Cənab prezidentimiz qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.
Ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra xalqımızı ən çox narahat edən məsələ Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli olundu. 30 il davam edən ədalətsizliyə Prezident, Müzəffər Ali Baş Komandan ilham əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətdə formalaşdırdığı rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.
Dünyanı cənginə alan COVID-19 – yeni növ koronavirusun üzə çıxdığı ilk vaxtlardan Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri olub. Pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə aparması ona beynəlxalq miqyasda da böyük rəğbət qazandırdı.
Bələdiyyələr də ölkədə həyata keçirilən sistemli sosial – iqtisadi inkişafa öz töhfələrini verməyə nail olublar. Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman seçicilərinin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq, yaşlı, tənha, imkansız, eləcə də ziyalı və s. bütün təbəqədən olan sakinlərin yanında olmalarını hər zaman hiss etdirməyə çalışıblar (xüsusən də həssas günlərdə - həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı).
əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər, dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir.
Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar ölkə bələdiyyələri yaradılan əlverişli mühitdən yararlanaraq üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək respublikada həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olublar.
Bu baxımdan hesabat ilində Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzv bələdiyyələrin fəaliyyətinin koordinasiyası, həmin fəaliyyətin Nimzanmamə tələblərinə uyğun qurulması istiqamətində zəruri tədbirlər planlaşdırılıb və icra edilibdir.
Yeri gəlmişkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektoru, Milli Məclisinin Regional Məsələlər Komitəsi və ədliyyə Nazirliynin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlığımız yüksək səviyyədə qurulub. Bu bizə imkan verir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı olan bütün qanunvericilik aktlarının ilkin müzakirələrində Milli Assosasiyaların sədrləri kimi yaxından iştirak edək və Sizi layiqincə təmsil edək. Fəaliyyətimizin təkmilləşdirilməsində bizə əlavə imkanlar yaradılmasına və gələcəkdə bu imkanların daha da genişləndilməsinə görə, icazə verin yığıncaqda iştirak edən müvafiq orqanların nümayəndələrinə qəsəbə bələdiyyələri adından minnətdarlığımızı bildirək.
Hamımızın əsas məqsədi Azərbaycan bələdiyyələrində idarəetmənin daha da təkmilləşdirilsi, sakinlərimizin sosial ehtiyaclarının hərtərəfli öyənilməsi və bu məsələlərin həli üzrə qəbul etdiyimiz qərarların icrasını vətəndaşlarımızın mənafeyi və rifahı naminə vaxtında təmin etməkdən ibarətdir. Biz sizinlə hər birimiz öz bələdiyyəmizin inzibati ərazisində bu məqsədlərə çatmaq üçün bütün potensialımızı səfərbər etməli və seçicilərimizin rifahı naminə yorulmadan çalışmalıyıq.
Bu baxımdan ölkə bələdiyyələri də yaradılan əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini davam etdirirlər. Hesabat ilində Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzv bələdiyyələrin fəaliyyətlərinin koordinasiyası, həmin fəaliyyətin Nizamnamə tələblərinə uyğun qurulması istiqamətində zəruri tədbirlər planlaşdırılıb və icra edilibdir.
Hesab edirəm ki, son illər həya takeçirilmiş islahatlar, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, fəaliyyətimizd mütərəqqi texnologiyaların- informasiya-kommunikasıya sistemlərinintətbiqi, fəaliyyətimizdə müsbət dinamikanın yaranmasına səbəb olmuşdur. Bu istiqamətdə aparılan dövlət siyasətinin də əsas məqsədi Azərbaycan vətəndaşlarının yerli özünüidarəetmədə iştirak etmək üçün əlverişli və demokratik şəraitin təmin olunmasıdır. Bələdiyyələrin inkişafı üçün Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının əsas prinsipləri nəzərə alınmaqla güclü hüquqi baza yaradılmışdır. Bu konteksdən çıxış edərək Milli assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri barədə Sizə məlumat vermək istəyirəm.
Hesabat ilində gördüyümüz işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olmuşdur.
Bələdiyyələrə qanunvericiliklə verilmiş vəzifə və səlahiyyətlərin həyata keçirilməsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının artırılmasına yönəldilmiş ixtisasartırma kurslarının, ictimai müzakirələrin və dəyirmi masaların təşkil edilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası, ədliyyə Nazirliyinin ədliyyə Akademiyası və Bələdiyyələrlə iş Mərkəzi ilə Bələdiyyələrin Milli Assosiasiyaları qarşılıqlı əməkdaşlığı hesabat dövründə də davam etdirmişlər.
Təkcə 2021-ci il ərzində bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə ümumilikdə 256 maarifçilik tədbiri həyata keçirilmiş, bu tədbirlərdə 3460 bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Bələdiyyələrə metodoloji yardım sahəsində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) ilə əməkdaşlıq davam etdirilərək “Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi çərçivəsində “Bələdiyyələrdə vergi işinin təşkilinin səmərəliliyinin artırılması: mövcud problemlər və həlli yolları” mövzusunda 12 video-seminar (180 iştirakçı), “Subvensiya layihələrinin hazırlanması və idarə olunması” mövzusunda 7 təlim (202 iştirakçı) keçirilmişdir.
Hesabat dövründə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları gender əsaslı komissiyalar yaradılmış və pilot bələdiyyə kimi müəyyən olunmuş respublikanın 15 bələdiyyəsinin, o cümlədən qəsəbə bələdiyyələrindən Binəqədi rayonunun M.ə.Rəsulzadə, Qaradağ rayonunun Lökbatan, Sabunçu rayonunun Bakıxanov bələdiyyələrinin nümayəndələri üçün komissiyaların işinin təşkili ilə bağlı maarifləndirici onlayn seminarlarlar təşkil etmişlər. “Bələdiyyələrdə gender əsaslı komissiyaların işinin gücləndirilməsi” mövzusunda 2 qrup üzrə video-seminarlar keçirilmişdir.
04 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bir sıra bələdiyyələrin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş və idman komissiyalarının yaradılması” mövzusunda onlayn görüş keçirilmişdir.
Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə birgə 89 şəhər, qəsəbə və kənd bələdiyyəsi sədrlərinin iştirakı ilə “Bələdiyyələrdə informasiya kommunikasiya texnologiyalarının tətbiqi və vergi - uçot sisteminin təkmilləşdirilməsi” mövzusunda video-seminarlar keçirmişlər.
Maarifləndirmə tədbirləri çərçıvəsində Azərbaycan Respublikası FHN-in Bakı Regional Mərkəzinin və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə hər il Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə rəhbərlərinin iştirakı ilə Nazirliyin Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyatakeçirilməsi zamanı FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir.
Hamımıza məlumdur ki, ölkədə bələdiyyələrin effektli fəaliyyətini təmin etmək və səmərəli yerli özünüidarəni həyata keçirmək üçün ən vacib şərtlərdən biri onların maliyyə - iqtisadi əsaslarının gücləndirilməsidir. Bələdiyyələrin maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi və ümumilikdə onların fəaliyyətinin təkmilləşdiriməsi üçün keçən dövr ərzində müvafiq dövlət orqanları və Bələdiyyələrin Milli Assosiasiyaları tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərə bələdiyyə büdcələrini lazımi səviyyədə fornalaçdırmaq üçün həm yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi, həm də müxtəlif istiqamətli bələdiyyə xidmətlərinin və istehsal müəssisələrinin yaradılması aiddir.
Bələdiyyə büdcəsinə gəlir gətirə bilən istehsal müəssisələrinin və xidmət sahələrinin yaradılması həmişə Ümumi Yığıncaqların müzakirə mövzusu olmuş və dövlət dəstəyi olaraq 2019-cu ildən başlayaraq dövlət büdcəsindən subvensiyaların ayrılmasına baxmayaraq, hələ də müsbət nəticələr əldə edilməmişdir. Belə ki, qəsəbə bələdiyyələrinə 2019-cu ildə 227 000 manat, 2020-ci ildə 630 000 – bələdiyyə büdcələri ilə müqayisədə kifayət qədər böyük məbləğdə subvensiya vəsaiti ayrılsa da, qeyd olunan bələdiyyələrin illik büdcə gəlirlərində əsaslı artım müşahidə olunmamışdır. Deməli, subvensiya layihələrinin malyyələşdirilməsi və icrası ilə bağlı Assossasiya tərəfindəmn müvafiq dövlət orqanları ilə ciddi tədbirlərin görülməsini vacib məsələ kimi qeyd olunmalıdır.
Yerli büdcə gəlirlərinin formalaşmasından danışarkən, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə aparılan işlərin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyaların hazırladığı bu Proqram artıq 6 ildir ki, ölkənin bələdiyyə sektorunda tətbiq olunur.
2016-cı ilin sonundan başlayaraq bələdiyyələrdə tətbiq edilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının bazasına yerli vergi və ödənişlər üzrə məlumatların daxil edilməsi işində bələdiyyələrə göstərilən metodiki və texniki yardımlar hesabat dövründə mütəmadi olaraq davam etdirilmişdir. Növbəti bələdiyyə seçkilərindən sonra əksər bələdiyyələrdə yeni təyin olunmuş kadrlarla BAMS proqramının tətbiqi və məlumatların proqramın bazasına düzgün daxil edilməsi ilə bağlı müvafiq izahatlar aparılmış, şəhər bələdiyyələrinin mütəxəssisləri və mühasibləri üçün seminarlar və praktiki təlimlər təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edimiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan və 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edimiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrası çərçivəsində milli assosasiayalar tərəfindən BAMS-ın “Hökumət Ödəniş Portalı”nın infrastrukturuna inteqrasiyası təmin edilmişdir. Artıq ölkədə fəaliyyət göstərənbütün bələdiyyələr, o cümlədən 141 qəsəbə bələdiyyəsi (Naxçıvan MR bələdiyyələri istisna olmaqla) yerli vergi və ödəniş ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi və ödənişlərin qəbulu imkanları təmin edilmişdir. Amma, həmkarlarım da mənimlə razılaşacaqlar ki, hələ də tərəfimizdən yerli vergi və ödəniş obyektlərinin tam şəkildə üçota alınması başa çatdırılmamış, bir çox hallarda isə onlar barədə lazımi məlumatlar müxtəlif səbəblərdən BAMS proqramının bazasına daxil edilməmişdir. Bu prosesin həyata keçirilməsi ilə birlikdə bələdiyyələrin heç bir bank və poçt sisteminə müraciət etmədən, istənilən vaxt ödənişlər barədə zəruri məlumatları əldə etməsinə də imkan yaranmışdır. Ödəyicilər isə bələdiyyədən ödəyici kimi uçota durması barədə aldığı “Yerli Vergi Ödəyicisinin Kodu”nu (YVÖK) istənilən yerdə internet vasitəsi ilə onlayn qaydada daxil etməklə ödənişi həyata keçirmə və eyni zamanda bələdiyyənin BAMS proqramında əməliyyat aparmaq üçün açılan şəxsi uçot vərəqində məlumatları görə bilmə imkanını əldə etmişdir. Bu proses ümumilikdə vergi ödəyicilərində etdiyi ödənişlərlə bağlı inam və əminlik hissi yaratmışdır.
BAMS proqramının Hökumət Ödəniş Portalına inteqrasiyası təmin edildikdən sonra Yerli vergilərin və ödənişlərin elektron sistemi vasitəsi ilə toplanmasını və bələdiyyələrə köçürülməsini təşkil və təmin etmək, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə xidmət göstərmək üçün 06 aprel 2021-ci ildə “Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları”nın təsisçiliyi ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və artıq iki ilə yaxındır ki, ölkənin bütün bələdiyyələrinə, o cümlədən 141 qəsəbə bələdiyyəsinə fasiləsiz olaraq onlayn xidmət göstərir.
Hesabat dövrü ərzində görülən bu işlərdə Milli Assosiasiyanın hədəfi ondan ibarət olmuşdur ki, bələdiyyə ərazilərindəki tədiyyəçilərin vergi uçotunun dəqiq qurulması ilə indiyədək istifadə edə bilmədiyimiz maliyyə resurslarımızı hərəkətə gətirək və iqtisadi potensialımızın dayanıqlı mənbələr üzərində qurulmasını təmin edək. Ona görə də hesab edirəm ki, yerli vergi ödəyicilərinin uçotunun qurulması sahəsində hələ xeyli işlər görməliyik. Bu səbəbdən Milli Assosiasiyanın icra katibliyi qarşıdakı dövrdə yerli vergi və ödənişlərlə bağlı innovativ və maariflənmə tədbirlərləri daha geniş formada davam etdirilməli, BAMS proqramı daha da təkmilləşdirilməli və imkanları genişləndirilməlidir. Bütün bələdiyyələrdə vergi uçot əməliyyatlarında, büdcə daxilolmalarında və xərclərdə şəffaflıq və hesabatlılıq tam təmin edilməlidir.
BAMS proqramının bazasına daxil edilən məlumatlar əsasında keçən dövr ərzində şəhər bələdiyyələrinin gəlir və xərclərinin müqayisəli formada təhlilini qısa olaraq diqqətinizə çatdırmaq istəyirəm. Təhlil zamanı əsas etibarı ilə Bələdiyyələrin Avtomatlaçdırılmış Məlumat Sisteminə bələdiyyələr tərəfindən daxil edilmiş məlumatlar əsasında hesablanmış statistik rəqəmlərə istinad edilmişdir. Amma ilin yekunları üzrə nəticələr Dövlət Statistika Komitəsinin Bələdiyyə orqanlarının büdcələrinin icrası ilə hər il nəşr etdiyi Statistik bülletendəki rəqəmlərlə eynilik təşkil etdikdə həmin göstəricilərdən istifadə olunur. Bəzən bu rəqəmlərdə fərq yaranır. Etiraf edək ki, qeyd olunan fərqin yaranmasında əsas səbəbkar bələdiyyələr olaraq biz özümüzük. Dəfələrlə Milli Assosiasiya əməkdaşlarının tövsiyyələrinə baxmayaraq hələ də bələdiyyələrimiz yerli büdcənin gəlir mənbələri, vergi və ödəniş ödəyiciləri barədə tam və dəqiq məlumatları, eyni zamnda budzə xərcləri barədə müvafiq məlumatlar BAMS proqramının bazasına daxil etmədiyindən, bələdiyyələrin hər il dövlət statistika orqanlarına büdcənin gəlir və xərcləri ilə bağlı verdikləri faktiki statistik hesabatlarla, BAMS sistemindəki göstəricilər arasında fərq yaranır. Ona görə də fürsətdən istifadə edib, hörmətli həmkarlarımdan bir daha xahiş edirəm ki, vergi uçot sisteminin təşkili, büdcə gəlirləri və xərcləri, ümumilikdə bələdiyynuin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün mümkün məlumatların BAMS proqramına daxil edilməsini təmin edəsiniz. Sizin daxil etdiyiniz məlumatlar əsasında apardığımız ümumiləşdirmələr və təhlillər, bələdiyyələrimizin maliyyə-iqtisadi sahəsindəki gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməyə, Milli Assosiasiyanın bələdiyyələrlə koordinasiya işinin daha səmərəli formada qurmasına kömək emiş olur.
Beləliklə, qğsğbə bələdiyyələrinin gəlirləri 2020-ci ildə 7,5 milyon manat, ümumilikdə ölkə bələdiyyələrinin illik gəlirlərinin təxminən – 21,4% , 2021-ci ildə 8,7 milyon manat- yerli büdcənin illik gəlirlərinin 20,0%-ni tşkil etmişdir. 2020-ci illə müqayisədə 2021- ci ildə qəsəbəbə bələdiyyələrinin illik büdcə gəlirləri 1,2 milyon manat və ya 16,1% artmışdır. 2020-ci ildə büdcə daxilolmalarının 6,9 milyon manatı, və ya 92,0 %-i vergi, ödəniş və digər daxilolmalar, 630 000 manatı və ya 8,0 %-i dövlət büdcəsindən ayrılmış dotasiya və cubvensiyadan, 2021-ci ildə vergi və ödənişlərdən bələdiyyə büdcələrinə daxilolmalar 7,9 milyon manat və ya 90,1 %, dotasiya və subvensiya 773 910 manat və ya 9,9 % təşkil etmişdir.
Qəsəbə bələdiyyələri arasında 2021-ci il üzrə illik büdcə gəlirlərinin məbləginə görə ilk onluqda - birinci yerdə 727 206 manatla Binəqədi rayonunun Rəsulzadə bələdiyyəsi, sonrakı yerləri isə, 300 0000 – 500 000 manat arasında illik gəliri olan Sabunçu rayonunun Bakıxanov və Maştağa bələdiyyələri, Binəqədi rayononunun Biləcəri və Səbail rayonunun Badamdar bələdiyyələri, büdcə gəlirləri 200 000 – 300 000 manat olan Xəzər rayonunun Mərdəkan, Binəqədi rayonunun Binəqədi qəsəbə, Suraxanı rayonunun Qaraçuxur, Nizami rayonunun Keşlə və Abşeron rayonunun Saray bələdiyyələri tuturlar.
Beləliklə, hesabat döbründəki illər üzrə Qəsəbə bələdiyyələrinin illər üzrə büdcə gəlirlərinin təhlilin nəticəsi olaraq deyə bilərik ki, büdcə gəlirlərinin əsaslı hissəsi, təqribən 90-91 %-i yerli vergi və ödənişlər hesabına, yəni dayanıqlı mənbələr hesabına formalaşmışdır. Belə bir tendensiyanı davam etdirməklə, qəsəbə bələdiyyələri ərazilərində olan vergiödəyici obyektlərin tam şəkildə qeydiyyata alınmasına nail olsalar, bu istiqamət üzrə büdcə gəlirləriinin bir-neçə dəfə artırılması mümkündür. Bir daha qeyd edirəm ki,vergi və ödəniş obyektlərinin uçotunun aparılması işinin daha səmərəli formada qurmağa ehtiyac duyulur. Bu dha çox Bakı şəhərində və Abçeron rayonunun ərazisində fəaliyyət göstərən bələdiyyələrə aiddir. Nəzərə alsaq ki, Bakı şəhərinin və Abşeron rayonunun qəsəbə bələdiyyələrinin ərazilərində vergi və ödəniş obyektləri daha çoxluq təşkil edir, bu məsələdə qeyd etdiyim bələdiyyələr daha fəal olmalıdırlar.
Təəssüflər olsun ki, qəsəbə bələdiyyələri sırasında illik büdcə gəlirləri ancaq dotasiya hesabına formalaşan və heç bir vergi obyektini uçota almayan bəzi qəsəbə bələdiyyələri də vardır. Onların arasında hətta Bakı şəhərinin 3 qəsəbə bələdiyyəsi belə yer alır.
Narahatlıq döğuran başqa bir məsələ odur ki, bələdiyyələrimizin əksəriyyəti Proqramın tətbiqində nümunəvi nəticələrə nail olsalar da, bir sıra bələdiyyələrimiz proqramı, vergi uçotunun qurulması sahəsində əsas vasitəyə, mühüm bir predmetə çevirə bilməmişlər. Nəzərə almaq lazımdır ki, bələdiyyə büdcəsinin əsas gəlir mənbəsi olan vergi və ödənişlər yalnız Hökumət Ödəniş Sistemin Portalı vasitəsi ilə ödənilir. Artıq qanunvericiklə vergi müfəttişləri tərəfindən vergi və ödənişlərin yığılması qadağan edilmişdir. Ona görə bizim yeganə şıxış yolumuz məlumatları BAMS sisteminə daxil etməklə verg daxilolmalarının Hökumət ödəniş Portalı vasitəsi ilə təmin etməkdir.
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə daxil olan məlumatlar əsasında təhlillərimizi davam etdirək. Qısa da olsa qəsəbə bələdiyyələrinin büdcə xərclərinə diqqət yetirək. Qəsəbə bələdiyyələrinin büdcə xərcləri 2020-ci ildə 6,6 milyon manat, 2021-ci ldə isə 7,8 milyon manat təşşkil etmişdir.
Hesabat dövründə qəsəbə bələdiyyələri ərazilərində çoxsaylı layihələr həyata keçirmiş, şəhərlərin quruculuq-abadlıq işlərində fəal iştirak etmişlər.Bu məqsədlə mənzil və kommunal təsərrüfatı, abadlıq və yaşıllaşdırma işlərinə, 2020-ci və 2021-ci ildə, uyğun olaraq 1,2 və 1,8 milyon manat, Yerli sosial müdafiə işlərinə 325 000 manat və 428 000 manat, digər xərclərə isə 84 000 və 92 800 manat büdcə vəsaitlərini xərcləmişlər.
Büdcə xərclərinin təqribən yarısı bələdiyyələrin saxlanmasına - əmək haqqı, kommunal, rabitə və digər adminstrativ xərclərə sərf olunmuşdur. Bəzi qəsəbə bələdiyyələrində yerli özünüidarənin saxlanması xərcləri qanunla müəyyənləşdirilmiş normanı, yəni büdcə vəsaitlərinin 50 faiz həcmini keçmişdir ki, bu da ciddi aliyyə pozğuntusu sayılır. əminəm ki, hörmətli həmkarlarım gələcəkdə bu tipli məsələləri diqqət mərkəzində saxlayacaqlar.
Bələdiyyələrin maliyyəsi ilə bağlı ciddi problem yaradan və ölkə bələdiyyələrinin çox ciddi narahatlığına səbəb olan Məcburi Dövlət Sosial Sığorta (MDCC) üzrə borclar barədə Sizin fikirlərimizi də aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm. Sirr deyil ki, uzun illər yığılıb qalan, o qədər də dəqiq hesablanmayan bu cür borclar bələdiyyənin inkişafını xeyli əngəlləyir. əsas problem ondadır ki, hesablanmış borclar ödənilmiş əmək haqqına görə deyil, hesablanmış əmək haqqına tətbiq edilmişdir. Nəticədə ölkə bələdiyyələrinin 7 milyona yaxın borcu yaranmış, vergi orqanları tərəfindən bir neçə bələdiyyənin bank hesablarına sərəncamla məhdudiyyətlər qoyulmuşdur ki, onların arasında çoxsaylı qəsəbə bələdiyyələri də vardır.. Hesab edirəm ki, Assossiasiyanın icra katibliyi gələcək fəaliyyət planlarında bu məsələ ilə ciddi məşğul olmalı və aidyyatı dövlət orqanları ilə problemin həllinə səy göstərməlidir.
Hesabat ilində Milli Assosiasiyalarla birgə yerli özünüidarə məsələləri üzrə beynəlxalq əlaqələri davam etdirərək Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında və beynəlxalq əlaqələr üzrə tədbirlərdə ölkə bələdiyyələrini təmsil etmişik.
Ermənistanın siyasi və hərbi rejiminin Azərbaycan respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində törətdiyi cinayətlər barədə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresini (AYRHK), digər beynəlxalq qurumları və qeyri-hökumət təşkilatlarını, bir sıra ölkələrin yerli idarəetmə qurumlarının milli assosiasiyalarını məlumatlandırmaq məqsədi ilə 2020-ci il noyabr ayının əvvəlində Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları tərəfindən 4 beynəlxalq təşkilata, o cümlədən AYRHK-nə, Konqresin Monitorinq Komitəsinə, Avropa ittifaqının Regionlar Komitəsinə, Türk Dünyası Bələdiyyələr Birliyinə və 8 ölkənin yerli özünüidarəetmə orqanlarının milli assosiasiyalarına (Türkiyə, israil, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Latviya, Litva, Macarıstan), həmçinin eyni məzmunda AYRHK-də Azərbaycanın nümayəndə heyətinin sədri Anar ibrahimov tərəfindən Konqresin prezidentinə məktublar ünvanlanmışdır. Konqres bürosunun 26 noyabrda keçirilən iclasında həmin məktublar işiqlandırılmışdır.
Hesabat dövründə beynəlxalq əməkdaşlıqla bağlı çoxsaylı tədbirlər, görüşlər və videokonfranslar keçirilmiş, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri digər assosiasiyaların sədrləri və təmsilçiləri ilə birgə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarına və komitə iclaslarında iştirak etmişlər. Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AşBMA) sədri və TDBB-nin idarə heyətinin üzvü kimi TDBB-nin keçirtdiyi iclasında mütəmadi ollaraq iştirak etmişdir.
Belə qarşılıqlı səfərlər, onlayn konfrans və seminarlarda çalışırıq ki, bələdiyyə sahəsində səmərəli təcrübə mübadiləsi ilə yanaşı, ölkəmiz haqqında həqiqətləri də xarici həmkarlarımıza obyektiv çatdıraq.
Qarşıdakı dövrdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində birgə hələ xeyli işlər görməliyik.
əsas hədəfimiz, ilk növbədə bələdiyyələrimizin maliyyə imkanlarını artırmaq, seçicilərimizin sosial şifarişlərini təmin etmək və ictimaiyyətdə yerli özünüidarənin nüfuzunu qaldırmaqdan ibarət olmalıdır. Bu istiqamətdəki fəaliyyətində həmkarlarıma uğurlar arzulayıram!
Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının
və M.ə.Rəsuzladə bələdiyyəsinin sədri