Bu gün biz təqribən üç ilə yaxın bir fasilədən sonra şəhər bələdiyyələrinin Ümumi Yığıncağını keçiririk. 2020-cu ilin əvvəlindən pandemiyanın bizə yaratdığı məhdudiyyətlər səbəbindən eyni məkanda iclaslar, yığıncaqlar və digər kütləvi tədbirləri keçirə bilməsək də, Assosiasiyanın nizamnaməsinə uyğun olaraq bələdiyyələrin fəaliyyətin koordinasiyası, onların fəaliyyətinin əlaqələndirməsi və ümumi problemlərin birgə həlli ilə bağlı mütəmadi olaraq onlayn formatda çoxsaylı konfranslar və seminarlar keçirilmiş, müzakirələr aparılmış və müəyyən nəticələr də əldə olunmuşdur.
Bugünkü tədbirimizi isə, Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız ilham əliyevin rəhbərliyi ilə şanlı Zəfərimizdən sonra tam fərqli bir ruhda keçiririk. Vətən müharibəsində qəhrəmən Vətən övladlarımızın qanı və canı hesabına əldə etdiyimiz qələbə bizi daha məsuliyyətlə işləməyə, hər bir şəhid ailəsinin, qazi və müharibə iştirakçının gündəlik problemlərinə tam həssas yanaşmağa üzərimizə daha çox məsuliyyət qoyur.
Respublika Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə genişmiqyaslı və nəhəng yenidənqurma işlərinə başlanmış və artıq qisa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturlar qurulmuş və tikinti-bərpa işləri yüksək templə davam etdirilir. Ötən dövr ərzində həmçinin, Vətən müharibəsi iştirakçılarının, xüsusilə şəhid ailələrinin və yaralıların qayğıları daim dövlətimizin diqqətində olmuş, onların sosial-məişət şəraitinin və rifahının yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.
şanlı qələbəmizdən sonrakı dövrdə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də, maliyyə vəziyyəti nisbətən yaxşı olan şəhər bələdiyyələri yaxından iştirak etmiş, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görülmüşdür.
Bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılmış, “şəhid bulaqları” istifadəyə verilmiş, onların anım mərasimlərinin təşkilində fəal iştirak edilmişdir. Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilmiş, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılmış, evləri təmir olunmuşdur.
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin çağırışına qoşularaq, ölkə bələdiyyələri, ələsxüsus şəhər bələdiyyələri tərəfindən ərazilərində yaşayan aztəminatlı ailələrə ərzaq və maddi yardımlar göstərilmiş, tibbi ləvazimatlar paylanmış, tibbi maskaların hazırlanması işi təşkil edilmiş və sakinlərə paylanmış, yerli icra hakimiyyətləri ilə birgə ərazilərdə dezinfeksiya işləri həyata keçirilmiş, karantin rejiminə əməl olunması barədə əhali arasında geniş maarifləndirmə işləri aparılmışdır.
Ölkənin şəhər bələdiyyələrinin təmsilçisi kimi Milli Assosiasiyamız, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektoru, Milli Məclisin Regional Məsələlər Komitəsi və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlıq əlaqələrini davam etdirmiş, yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı qanun yaradıcılığı prosesində yaxından iştirak etmişdir.
Milli Məclisin Regional məsələlər komitəsinin bütün iclaslarında Milli Assosiasiyaların təşəbbüsləri diqqətlə dinlənilmiş, qanunvericilik bazasına edilmiş əlavə və dəyişiklilərdə bələdiyyələr tərəfidən irəli sürülən və Milli Assosiasiya tərəfindən ümumiləçdirilərək təqdim olunan təklif və fikirləriniz də nəzərə alınmışdır. Bu səbəbdən əmin ola bilərsiniz ki, bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olan məsələlərin həlli daim diqqət mərkəzində saxlanılacaqdır.
Hesab edirəm ki, son illər həya takeçirilmiş islahatlar, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, fəaliyyətimizd mütərəqqi texnologiyaların- informasiya-kommunikasıya sistemlərinintətbiqi, fəaliyyətimizdə müsbət dinamikanın yaranmasına səbəb olmuşdur. Bu istiqamətdə aparılan dövlət siyasətinin də əsas məqsədi Azərbaycan vətəndaşlarının yerli özünüidarəetmədə iştirak etmək üçün əlverişli və demokratik şəraitin təmin olunmasıdır. Bələdiyyələrin inkişafı üçün Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının əsas prinsipləri nəzərə alınmaqla güclü hüquqi baza yaradılmışdır. Bu konteksdən çıxış edərək Milli assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri barədə Sizə məlumat vermək istəyirəm.
Hesabat ilində gördüyümüz işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olmuşdur.
Bələdiyyələrə qanunvericiliklə verilmiş vəzifə və səlahiyyətlərin həyata keçirilməsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının artırılmasına yönəldilmiş ixtisasartırma kurslarının, ictimai müzakirələrin və dəyirmi masaların təşkil edilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası, ədliyyə Nazirliyinin ədliyyə Akademiyası və Bələdiyyələrlə iş Mərkəzi ilə Bələdiyyələrin Milli Assosiasiyaları qarşılıqlı əməkdaşlığı hesabat dövründə də davam etdirmişlər.
Təkcə 2021-ci il ərzində bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə ümumilikdə 256 maarifçilik tədbiri həyata keçirilmiş, bu tədbirlərdə 3460 bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Bələdiyyələrə metodoloji yardım sahəsində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) ilə əməkdaşlıq davam etdirilərək “Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi çərçivəsində “Bələdiyyələrdə vergi işinin təşkilinin səmərəliliyinin artırılması: mövcud problemlər və həlli yolları” mövzusunda 12 video-seminar (180 iştirakçı), “Subvensiya layihələrinin hazırlanması və idarə olunması” mövzusunda 7 təlim (202 iştirakçı) keçirilmişdir.
Hesabat dövründə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları gender əsaslı komissiyalar yaradılmış və pilot bələdiyyə kimi müəyyən olunmuş respublikanın 15 bələdiyyəsinin, o cümlədən Xətai, Nəsimi, Səbail, Yasamal, Binəqədi rayonunun M.ə.Rəsulzadə, Qaradağ rayonunun Lökbatan, Sabunçu rayonunun Bakıxanov, Abşeron rayonunun Xırdalan, həmçinin Mingəçevir, Sumqayıt, şirvan, Ağdaş, Ağcabədi, Bərdə və Tərtər bələdiyyələrinin nümayəndələri üçün komissiyaların işinin təşkili ilə bağlı maarifləndirici onlayn seminarlarlar təşkil etmişlər. “Bələdiyyələrdə gender əsaslı komissiyaların işinin gücləndirilməsi” mövzusunda 2 qrup üzrə video-seminarlar keçirilmişdir.
04 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bir sıra bələdiyyələrin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş və idman komissiyalarının yaradılması” mövzusunda onlayn görüş keçirilmişdir.
Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə birgə 89 şəhər, qəsəbə və kənd bələdiyyəsi sədrlərinin iştirakı ilə “Bələdiyyələrdə informasiya kommunikasiya texnologiyalarının tətbiqi və vergi - uçot sisteminin təkmilləşdirilməsi” mövzusunda video-seminarlar keçirmişlər. icazə verin bütün bələdiyyələrin və Milli Assosiasiyanın adından, hesabat dövründə bələdiyyə fəaliyyətinin müxtəlif sahələrinin təkmilləşdirilməsinə yönəlmiş çoxsaylı videoseminarların təşkili sahəsindəki sıx əməkdaşlığa və dəstəyə görə Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşlarına və şəxsən Rəhman Mımmıdova dərin minnətdarlığımızı bildirək. Ümid edirəm ki, bükünkü yığıncaqda bələdiyyələrin gələşək inkişaf perspektivləri bağlı tədbirlərin həyata keçirilməsində birgə fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik.
Maarifləndirmə tədbirləri çərçıvəsində Azərbaycan Respublikası FHN-in Bakı Regional Mərkəzinin və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə hər il Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə rəhbərlərinin iştirakı ilə Nazirliyin Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyatakeçirilməsi zamanı FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir.
Hamımıza məlumdur ki, ölkədə bələdiyyələrin effektli fəaliyyətini təmin etmək və səmərəli yerli özünüidarəni həyata keçirmək üçün ən vacib şərtlərdən biri onların maliyyə - iqtisadi əsaslarının gücləndirilməsidir. Bələdiyyələrin maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi və ümumilikdə onların fəaliyyətinin təkmilləşdiriməsi üçün keçən dövr ərzində müvafiq dövlət orqanları və Bələdiyyələrin Milli Assosiasiyaları tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərə bələdiyyə büdcələrini lazımi səviyyədə fornalaçdırmaq üçün həm yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi, həm də müxtəlif istiqamətli bələdiyyə xidmətlərinin və istehsal müəssisələrinin yaradılması aiddir.
Bələdiyyə büdcəsinə gəlir gətirə bilən istehsal müəssisələrinin və xidmətyaradılması həmişə Ümumi Yığıncaqların müzakirə mövzusu olmuş və dövlət dəstəyi olaraq 2019-cu ildən başlayaraq dövlət büdcəsindən subvensiyaların ayrılmasına baxmayaraq, hələ də müsbət nəticələr əldə edilməmişdir. Belə ki, şəhər bələdiyyələrinə 2019-cu ildə 773 000 manat ( Mingəçevir, Salyan və Göygöl bələdiyyələri), 2021-ci ildə 215 000 manat (Bərdə və Tərtər bələdiyələri), 2022-ci ildə 310 000 manat ( Yevlax bələdiyyəsi) – bələdiyyə büdcələri ilə müqayisədə kifayət qədər böyük məbləğdə subvensiya vəsaiti ayrılsa da, qeyd olunan bələdiyyələrin illik büdcə gəlirlərində əsaslı artım müşahidə olunmamışdır. Deməli, subvensiya layihələrinin malyyələşdirilməsi və icrası ilə bağlı Assossasiya tərəfindəmn müvafiq dövlət orqanları ilə ciddi tədbirlərin görülməsini vacib məsələ kimi qeyd olunmalıdır.
Yerli büdcə gəlirlərinin formalaşmasından danışarkən, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə aparılan işlərin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyaların hazırladığı bu Proqram artıq 6 ildir ki, ölkənin bələdiyyə sektorunda tətbiq olunur.
2016-cı ilin sonundan başlayaraq bələdiyyələrdə tətbiq edilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının bazasına yerli vergi və ödənişlər üzrə məlumatların daxil edilməsi işində bələdiyyələrə göstərilən metodiki və texniki yardımlar hesabat dövründə mütəmadi olaraq davam etdirilmişdir. Növbəti bələdiyyə seçkilərindən sonra əksər bələdiyyələrdə yeni təyin olunmuş kadrlarla BAMS proqramının tətbiqi və məlumatların proqramın bazasına düzgün daxil edilməsi ilə bağlı müvafiq izahatlar aparılmış, şəhər bələdiyyələrinin mütəxəssisləri və mühasibləri üçün seminarlar və praktiki təlimlər təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edimiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan və 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edimiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrası çərçivəsində milli assosasiayalar tərəfindən BAMS-ın “Hökumət Ödəniş Portalı”nın infrastrukturuna inteqrasiyası təmin edilmişdir. Artıq ölkədə fəaliyyət göstərənbütün bələdiyyələr, o cümlədən 68 şəhər bələdiyyəsi (Naxçıvan MR bələdiyyələri istisna olmaqla) yerli vergi və ödəniş ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi və ödənişlərin qəbulu imkanları təmin edilmişdir. Amma, həmkarlarım da mənimlə razılaşacaqlar ki, hələ də tərəfimizdən yerli vergi və ödəniş obyektlərinin tam şəkildə üçota alınması başa çatdırılmamış, bir çox hallarda isə onlar barədə lazımi məlumatlar müxtəlif səbəblərdən BAMS proqramının bazasına daxil edilməmişdir.
Bu prosesin həyata keçirilməsi ilə birlikdə bələdiyyələrin heç bir bank və poçt sisteminə müraciət etmədən, istənilən vaxt ödənişlər barədə zəruri məlumatları əldə etməsinə də imkan yaranmışdır. Ödəyicilər isə bələdiyyədən ödəyici kimi uçota durması barədə aldığı “Yerli Vergi Ödəyicisinin Kodu”nu (YVÖK) istənilən yerdə internet vasitəsi ilə onlayn qaydada daxil etməklə ödənişi həyata keçirmə və eyni zamanda bələdiyyənin BAMS proqramında əməliyyat aparmaq üçün açılan şəxsi uçot vərəqində məlumatları görə bilmə imkanını əldə etmişdir. Bu proses ümumilikdə vergi ödəyicilərində etdiyi ödənişlərlə bağlı inam və əminlik hissi yaratmışdır.
BAMS proqramının Hökumət Ödəniş Portalına inteqrasiyası təmin edildikdən sonra Yerli vergilərin və ödənişlərin elektron sistemi vasitəsi ilə toplanmasını və bələdiyyələrə köçürülməsini təşkil və təmin etmək, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə xidmət göstərmək üçün 06 aprel 2021-ci ildə “Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları”nın təsisçiliyi ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və artıq iki ilə yaxındır ki, ölkənin bütün bələdiyyələrinə, o cümlədən 68 şəhər bələdiyyəsinə fasiləsiz olaraq onlayn xidmət göstərir.
Hesabat dövrü ərzində görülən bu işlərdə Milli Assosiasiyanın hədəfi ondan ibarət olmuşdur ki, bələdiyyə ərazilərindəki tədiyyəçilərin vergi uçotunun dəqiq qurulması ilə indiyədək istifadə edə bilmədiyimiz maliyyə resurslarımızı hərəkətə gətirək və iqtisadi potensialımızın dayanıqlı mənbələr üzərində qurulmasını təmin edək. Ona görə də hesab edirəm ki, yerli vergi ödəyicilərinin uçotunun qurulması sahəsində hələ xeyli işlər görməliyik. Bu səbəbdən Milli Assosiasiyanın icra katibliyi qarşıdakı dövrdə yerli vergi və ödənişlərlə bağlı innovativ və maariflənmə tədbirlərləri daha geniş formada davam etdirilməli, BAMS proqramı daha da təkmilləşdirilməli və imkanları genişləndirilməlidir. Bütün bələdiyyələrdə vergi uçot əməliyyatlarında, büdcə daxilolmalarında və xərclərdə şəffaflıq və hesabatlılıq tam təmin edilməlidir.
BAMS proqramının bazasına daxil edilən məlumatlar əsasında keçən dövr ərzində şəhər bələdiyyələrinin gəlir və xərclərinin müqayisəli formada təhlilini qısa olaraq diqqətinizə çatdırmaq istəyirəm. Təhlil zamanı əsas etibarı ilə Bələdiyyələrin Avtomatlaçdırılmış Məlumat Sisteminə bələdiyyələr tərəfindən daxil edilmiş məlumatlar əsasında hesablanmış statistik rəqəmlərə istinad edilmişdir. Amma ilin yekunları üzrə nəticələr Dövlət Statistika Komitəsinin Bələdiyyə orqanlarının büdcələrinin icrası ilə hər il nəşr etdiyi Statistik bülletendəki rəqəmlərlə eynilik təşkil etdikdə həmin göstəricilərdən istifadə olunur. Bəzən bu rəqəmlərdə fərq yaranır. Etiraf edək ki, qeyd olunan fərqin yaranmasında əsas səbəbkar s bələdiyyələr olaraq biz özümüzük. Dəfələrlə Milli Assosiasiya əməkdaşlarının tövsiyyələrinə baxmayaraq hələ də bələdiyyələrimiz yerli büdcənin gəlir mənbələri, vergi və ödəniş ödəyiciləri barədə tam və dəqiq məlumatları, eyni zamnda budzə xərcləri barədə müvafiq məlumatlar BAMS proqramının bazasına daxil etmədiyindən, bələdiyyələrin hər il dövlət statistika orqanlarına büdcənin gəlir və xərcləri ilə bağlı verdikləri faktiki statistik hesabatlarla, BAMS sistemindəki göstəricilər arasında fərq yaranır. Ona görə də fürsətdən istifadə edib, hörmətli həmkarlarımdan bir daha xahiş edirəm ki, vergi uçot sisteminin təşkili, büdcə gəlirləri və xərcləri, ümumilikdə bələdiyynuin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün mümkün məlumatların BAMS proqramına daxil edilməsini təmin edəsiniz. Sizin daxil etdiyiniz məlumatlar əsasında apardığımız ümumiləşdirmələr və təhlillər, bələdiyyələrimizin maliyyə-iqtisadi sahəsindəki gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməyə, Milli Assosiasiyanın bələdiyyələrlə koordinasiya işinin daha səmərəli formada qurmasına kömək emiş olur.
Beləliklə, şəhər bələdiyyələrinin gəlirləri 2020-ci ildə 12, 4 milyon manatt, ümumilikdə ölkə bələdiyyələrinin illik gəlirlərinin təxminən yarısını - 49,6% , 2021-ci ildə 15,0 milyon manat (40,0%), 2022-ci ilin 11 ayı üzrə isə 16,1 milyon təşkil etmişdir. Tqdirəlayiq hal ondan ibarətdir ki, şəhər bələdiyyələrinin illik büdcə gəlirlərində 2021 ci ildə 21,0 %, 2022 ci ildə isə 7,3% a rtım müşahidə olmuşdur. 2022-ci ilin göstəricisinin dekabr ayındakı daxilolmalara görə artması gözlənilir. 2020-ci ildə büdcə daxilolmalarının 11,3 milyon manatı, və ya 91,1 %-i vergi, ödəniş və digər daxilolmalar, 1,3 milyon manatı və ya 8,9 %-i dövlət büdcəsindən ayrılmış dotasiya və cubvensiyadan, 2021-ci ildə vergi və ödənişlərdən bələdiyyə büdcələrinə daxilolmalar 13,4 milyon manat və ya 89,3%, dotasiya və subvensiya 1,61 milyon manat və ya 10,7 % təşkil etmiş, 2022-ci ilin on bir ayının yekunlarına görə isə vergi və ödənişlərdən 14,7 milyon manat, və ya 91,3% , dotasiya və subvensiyadan isə 1,4 milyon manat və ya 8,7 % şəhər bələdiyyələrinin büdcəsinə daxil olmuşdur.
şəhər bələdiyyələri arasında 2021-ci il üzrə illik büdcə gəlirlərinin məbləginə görə birinci yerdə 1,8 milyon manatla ölkənin ən böyük şəhər bəldiyyəsi Sumqayıt bələdiyyəsi durur, sonrakı yerləri isə, 800 0000 – 900 000 manat arasında illik gəliri olan olan Yasamal, Nərimanov, Xətai, Binəqədi, Nəsimi , Kəpəz bələdiyyələri tuturlar.
Beləliklə, hesabat döbründəki illər üzrə şəhər bələdiyyələrinin illər üzrə büdcə gəlirlərinin təhlilin nəticəsi olaraq deyə bilərik ki, büdcə gəlirlərinin əsaslı hissəsi, təqribən 90%-i yerli vergi və ödənişlər hesabına, yəni dayanıqlı mənbələr hesabına formalaşmışdır. Belə bir tendensiyanı davam etdirməklə, şəhər bələdiyyələri ərazilərində olan vergiödəyici obyektlərin tam şəkildə qeydiyyata alınmasına nail olsalar, bu istiqamət üzrə büdcə gəlirləriinin bir-neçə dəfə artırılması mümkündür. Bir daha qeyd edirəm ki,vergi və ödəniş obyektlərinin uçotunun aparılması işinin daha səmərəli formada qurmağa ehtiyac duyulur. Nəzərə alsaq ki, paytaxt bələdiyyələrində, böyük şəhərlərin və rayon mərkəzi ola şəhər bələdiyyələrinin ərazilərində vergi və ödəniş obyektləri daha çoxluq təşkil edir, bu məsələdə şəhər bələdiyyələri daha fəal olmalıdırlar.
Təəssüflər olsun ki, şəhər bələdiyyələri sırasında illik büdcə gəlirləri ancaq dotasiya hesabına formalaşan və heç bir vergi obyektini uşota almayan bələdiyyələrimiz də vardır.
Narahatlıq döğuran başqa bir məsələ odur ki, bələdiyyələrimizin əksəriyyəti Proqramın tətbiqində nümunəvi nəticələrə nail olsalar da, bir sıra bələdiyyələrimiz proqramı, vergi uçotunun qurulması sahəsində əsas vasitəyə, mühüm bir predmetə çevirə bilməmişlər. Nəzərə almaq lazımdır ki, bələdiyyə büdcəsinin əsas gəlir mənbəsi olan vergi və ödənişlər yalnız Hökumət Ödəniş Sistemin Portalı vasitəsi ilə ödənilir. Artıq qanunvericiklə vergi müfəttişləri tərəfindən vergi və ödənişlərin yığılması qadağan edilmişdir. Ona görə bizim yeganə şıxış yolumuz məlumatları BAMS sisteminə daxil etməklə verg daxilolmalarının Hökumət ödəniş Portalı vasitəsi ilə təmin etməkdir.
Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə daxil olan məlumatlar əsasında təhlillərimizi davam etdirək. Qısa da olsa şəhər bələdiyyələrinin büdcə xərclərinə diqqət yetirək. şəhər bələdiyyələrinin büdcə xərcləri 2020-ci ildə 11,6 milyon manat, 2021-ci ldə isə 12,8 milyon manat təşşkil etmişdir.
Hesabat dövründə şəhər bələdiyyələri ərazilərində çoxsaylı layihələr həyata keçirmiş, şəhərlərin quruculuq-abadlıq işlərində fəal iştirak etmişlər.Bu məqsədlə mənzil və kommunal təsərrüfatı, abadlıq və yaşıllaşdırma işlərinə, 2020-ci və 2021-ci ildə, uyğun olaraq 2,2 və 2,0 milyon manat, Yerli sosial müdafiə işlərinə 671 000 manat və 778 000 manat, digər xərclərə isə 118 000 və 98 800 manat büdcə vəsaitlərini xərcləmişlər.
Büdcə xərclərinin təqribən yarısı bələdiyyələrin saxlanmasına - əmək haqqı, kommunal, rabitə və digər adminstrativ xərclərə sərf olunmuşdur. Bəzi şəhər bələdiyyələrində yerli özünüidarənin saxlanması xərcləri qanunla müəyyənləşdirilmiş normanı, yəni büdcə vəsaitlərinin 50 faiz həcmini keçmişdir ki, bu da ciddi aliyyə pozğuntusu sayılır. əminəm ki, hörmətli həmkarlarım gələcəkdə bu tipli məsələləri diqqət mərkəzində saxlayacaqlar.
Bələdiyyələrin maliyyəsi ilə bağlı ciddi problem yaradan və ölkə bələdiyyələrinin çox ciddi narahatlığına səbəb olan Məcburi Dövlət Sosial Sığorta (MDCC) üzrə borclar barədə Sizin fikirlərimizi də aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm. Sirr deyil ki, uzun illər yığılıb qalan, o qədər də dəqiq hesablanmayan bu cür borclar bələdiyyənin inkişafını xeyli əngəlləyir. əsas problem ondadır ki, hesablanmış borclar ödənilmiş əmək haqqına görə deyil, hesablanmış əmək haqqına tətbiq edilmişdir. Nəticədə ölkə bələdiyyələrinin 7 milyona yaxın borcu yaranmış, vergi orqanları tərəfindən bir çox bələdiyyənin bank hesablarına sərəncamla məhdudiyyətlər qoyulmuşdur. Bu problem təkcə qəsəbə və kənd bələdiyyələrində deyil, müqayisədə müəyyən qədər maliyyə üstünlüyünə malik Bərdə, Cəliləbad, Göytəpə, Saatlı, Qovlar, Tərtər, Astara, Hacıqabul və Akstafa kimi şəhər bələdiyyələrində də mövcuddur. Yaranmış vəziyyət bir çox bələdiyyələrin fəaliyyətinə ciddi əngəl yaratmışdır. Hesab edirəm ki, Assossiasiyanın icra katibliyi gələcək fəaliyyət planlarında bu məsələ ilə ciddi məşğul olmalı və aidyyatı dövlət orqanları ilə problemin həllinə səy göstərməlidir.
Hesabat ilində Milli Assosiasiyalarla birgə yerli özünüidarə məsələləri üzrə beynəlxalq əlaqələri davam etdirərək Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında və beynəlxalq əlaqələr üzrə tədbirlərdə ölkə bələdiyyələrini təmsil etmişik.
Ermənistanın siyasi və hərbi rejiminin Azərbaycan respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində törətdiyi cinayətlər barədə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresini (AYRHK), digər beynəlxalq qurumları və qeyri-hökumət təşkilatlarını, bir sıra ölkələrin yerli idarəetmə qurumlarının milli assosiasiyalarını məlumatlandırmaq məqsədi ilə 2020-ci il noyabr ayının əvvəlində Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları tərəfindən 4 beynəlxalq təşkilata, o cümlədən AYRHK-nə, Konqresin Monitorinq Komitəsinə, Avropa ittifaqının Regionlar Komitəsinə, Türk Dünyası Bələdiyyələr Birliyinə və 8 ölkənin yerli özünüidarəetmə orqanlarının milli assosiasiyalarına (Türkiyə, israil, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Latviya, Litva, Macarıstan), həmçinin eyni məzmunda AYRHK-də Azərbaycanın nümayəndə heyətinin sədri Anar ibrahimov tərəfindən Konqresin prezidentinə məktublar ünvanlanmışdır. Konqres bürosunun 26 noyabrda keçirilən iclasında həmin məktublar işiqlandırılmışdır.
Hesabat dövründə beynəlxalq əməkdaşlıqla bağlı çoxsaylı tədbirlər, görüşlər və videokonfranslar keçirilmiş, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri digər assosiasiyaların sədrləri və təmsilçiləri ilə birgə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarına və komitə iclaslarında iştirak etmişlər. Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AşBMA) sədri və TDBB-nin idarə heyətinin üzvü kimi TDBB-nin keçirtdiyi iclasında mütəmadi ollaraq iştirak etmişdir.
Beynəlxalq əməkdaşlıq çərçıvəsində Milli Assosiasıyanın həyat keçirtdiyi digər tədbirlərin bəzilərini nəzərinizə çatdırmaq istəyirəm:
- 15 may 2020-ci il tarxdə Türkiyə Bələdiyyələr Birliyinin təşəbbüsü ilə pandemiya dövründə koronovirusla mübarizə sahəsində iki qardaş dövlətin bələdiyələrinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə Azərbaycan şəhər Bələdiyələrinin Milli Assosiasiyasının rəhbərlərinin və bir sıra şəhər bələdiyyə sədrlərinin iştirakı ilə video-konfrans keçirilmişdir;
- 23 iyun 2020-ci il tarxdə Niderland Bələdiyyələr Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının yerli idarəetmə qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə AşBMA-nın icraçı katibliyin əməkdaşları və bir sıra şəhər bələdiyyə sədrlərinin iştirakı ilə video-müzakirə keçirilmişdir;
- 31 iyul 2020-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının, isveçrə inkişaf və əməkdaşlıq Agentliyinin və Avstriya inkişaf əməkdaşlığının dəstəyi ilə Koronavirus (COViD-19) pandemiyası dövründə yerli idarəetmə orqanları tərəfindən həyata keçirilən mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə bağlı Azərbaycan və Gürcüstan bələdiyyələri və onların Milli Assosiasiyaları arasında onlayn görüş təşkil edilmişdir;
- 16 noyabr 2020-ci il tarixdə Koronavirus (COViD-19) pandemiyası dövründə yerli idarəetmə orqanları tərəfindən həyata keçirilən mübarizə tədbirləri, yerli qurumların gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılması məqsədi ilə Azərbaycan və Latviyanın yerli idarəetmə orqanları və onların Milli Assosiasiyaları arasında video-konfrans təşkil edilmişdir;
- 23 dekabr 2020-ci il tarixində Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının rəhbərlərinin, Azərbaycan Respublikasının bir sıra bələdiyyə sədrlərinin və Türk Dünyası Bələdiyyə Birliyinin rəhbərliyinin və Türkiyə Respublikasının bir sıra bələdiyyə sədrlərinin iştirakı ilə pandemiya dövründə koronovirusla mübarizə sahəsində iki qardaş dövlətin bələdiyələrinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə video-konfrans keçirilmişdir.
24 may 2021-ci il tarixdə Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığıilə gənclərlə iş və idman komissiyalarının yaradıldığı bələdiyyələrin gənc üzvlərdən ibarət təmsilçiləri üçün “Bələdiyyələrdə gənclərlə iş və idman komissiyalarının işinin gücləndirilməsi” mövzusunda videokonfrans təşkil edilmiş, tədbirdə beynəlxalq təcrübənin öyrənilməsi çərçivəsində Türkiyənin Ankara şəhərinin Etimesqut bələdiyyəsinin gənclərlə iş təcrübəsi təqdim olunmuşdur.
28 aprel, 05 və 26 may 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsi və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı, 160-dan çox bələdiyyə sədrinin iştirakı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr”, “Heydər əliyev və Qüdrətli Azərbaycan” və “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” mövzularında videokonfranslar təşkil edilmişdir.
15-16 fevral 2021-ci il tarixlərdə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Türk Dünyası Bələdiyyələri Birliyinin təşəbbüsü ilə BMT inkişaf Proqramının istanbul Beynəlxalq Özəl Sektor və inkişaf Mərkəzinin tərəfdaş təşkilatları ilə birgə Bakı şəhəri, həmçinin respublikanın bəzi şəhər və rayonlarını təmsil edən 25 bələdiyyənin nümayəndələri üçün “əhatəli və davamlı şəhər idarəçiliyində özəl sektorun iştirakı” mövzusunda 2 günlük təlim proqramı təşkil edilmişdir. AşBMA-nın icraçı katibliyinin əməkdaşları “Azərbaycanda yerli özünüidarəetmə” mövzusunda video-məruzə ilə çıxış etmişlər.
01-03 aprel 2021-ci il tarixlərdə Ümumdünya irsi şəhərləri Təşkilatı tərəfindən Qazaxıstanın Türküstan şəhərində Avrasiya Dünya irsi şəhərlərinin X Beynəlxalq Konfransı keçirilmiş, təşkilatın dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar iskəndərov və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərlikləri onlayn formatda qoşularaq tədbirdə iştirak etmişlər.
24 iyun 2021-ci il tarixdə Gürcüstan Yerli Hakimiyyətlərinin Milli Assosiasiyası və Kutaisi bələdiyyəsi tərəfindən onlayn formatda təşkil edilmiş Kutaisi ikinci Beynəlxalq Forumunda Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri iştirak etmişlər.
Belə qarşılıqlı səfərlər, onlayn konfrans və seminarlarda çalışırıq ki, bələdiyyə sahəsində səmərəli təcrübə mübadiləsi ilə yanaşı, ölkəmiz haqqında həqiqətləri də xarici həmkarlarımıza obyektiv çatdıraq.
Son olaraq bildirirəm ki, qarşıdakı dövrdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində, Sizlərlə birgə hələ xeyli işlər görməliyik.
əsas hədəfimiz, ilk növbədə bələdiyyələrimizin maliyyə imkanlarını artırmaq, seçicilərimizin sosial şifarişlərini təmin etmək və ictimaiyyətdə yerli özünüidarənin nüfuzunu qaldırmaqdan ibarət olmalıdır. Bu istiqamətdəki fəaliyyətində həmkarlarıma uğurlar arzulayıram!
Təmraz Tağıyev
Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri