"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin fəaliyyətsizliyindəki məqamlar

--2015-05-22 / 22:35

Vüqar Tofiqli: “Bələdiyyə qulluğunda çalışacaq ixtisaslı kadrlar azdır”

 

Azərbaycan Prezidenti ilham əliyevin Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bələdiyyələrlə bağlı iradı vaxtında və çox düzgündür”. Bunu SiA-ya “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli deyib.

V. Tofiqli ümid edir ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr Azərbaycan prezidentinin sərt iradından nəticə çıxaracaqlar: “Azərbaycanda bələdiyyə sisteminin fəaliyyətsizliyi göz qabağındadır. Bunun kökündə isə bir çox məqamlar dayanır. Bələdiyyə sisteminin Azərbaycan üçün yeni olduğuna görə təcrübə bazası azdır. Yəni, əsas səbəb budur. Eyni zamanda kadr problemi var. Bu gün ali təhsil müəssisələrində bələdiyyə idarəçiliyində çalışacaq ixtisaslı kadrların hazırlanmasında da müəyyən problemlər var. Ona görə də bələdiyyə qulluğunda çalışacaq ixtisaslı kadrlar azdır. Bundan başqa qanunvericilikdə ciddi boşluqlar var. Qanunlar qəbul edilsə də, onun icra mexanizmlərindəki boşluqlar bələdiyyələrin fəaliyyətsizliyinə gətirib çıxarır”.

“Azərbaycanda reklamla bağlı müəyyən problemlər var. Qanunvericiliyə görə, bələdiyyə ərazisində reklam lövhələrindən əldə olunan gəlirlər bələdiyyələrin büdcəsinə daxil olmalıdır. Amma, bu gün yerli icra hakimiyyəti orqanlarının müvafiq strukturlarına aid olan qurumlar bu vəsaitlərin bələdiyyə büdcəsinə daxil olmasına maneçilik törədirlər. Bu isə kifayət qədər məbləğdir. Bu da bələdiyyələrin fəaliyyətsizliyinə gətirib çıxarır. Bu və ya digər məqamların aradan qaldırılması üçün vətəndaş cəmiyyəti institutlarının, mətbuatın, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Çünki, onlar da bələdiyyələr qarşısında olan problemlərin aradan qaldırılmasına öz töhfələrini verməlidirlər”. – V. Tofiqli bildirib.  

Elvin Abdulqədirov

 
ŞƏRHLƏR