Bir şərtlə ki, qanunla müəyyən edilən ödənişlər vaxtında yerli büdcəyə ödənsin.
Modern.az saytı xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər nəticəsində məlum olub ki, 2015-ci ilin 1 iyun – 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib. Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür.
Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.
Aparılan araşdırmalara görə, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), şamaxı - ismayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir...
Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.4. maddəsinin tələbinə görə, “bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bü ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir.”
Belediyye.info saytının qənaətinə görə, yuxarıda sadalanan rəqəmlərə inansaq mehmanxana ödənişinə görə, üç ay ərzində ölkə bələdiyyələrinə 670 min manat vəsait daxil olmalı idi.
Ancaq bu rəqəm ötən il ərzində ümumi ölkə üzrə üç istiqamətdən- mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən daxil olan ödənişin həcmi 508.700 manat olub.
Bu rəqəmin yanlız 1.100 manatı Quba Xaçmaz iqtisadi regionundan, 1.300 manat isə Dağlıq şirvan zonasından daxil olub.
Belə qənaətə gəlmək olar ki, mehmanxana xidməti göstərən hüquqi və fiziki şəxslər bu ödənişi etməkdə maraqlı deyillər.
Beledyye.info