"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin hansı torpaqları xüsusi mülkiyyətə verilə bilər?- SUAL VERiN CAVAB VERəK

--2018-11-02 / 14:58

1.Yerli büdcə nə vaxt müzakirə və təsdiq olunur?

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədilə dərc edilir.

Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

2. Bələdiyyə qulluğuna qəbul hansı qaydada həyata keçirilir?

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq olunur.

3. Bələdiyyələrin hansı torpaqları xüsusi mülkiyyətə verilə bilər?

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:

-yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;

-kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.

 Cavabları hazırladı: 

Çingiz Cavadov

Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

ŞƏRHLƏR