"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin hüquqi maarifləndirilməsi ötən il necə həyata keçirilib? ədliyyə Nazirliyi 2020-ci ildə həyata keçirilən tədbirlər barəsində

--2021-01-26 / 06:14

2020-ci ildə də bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülmüşdür. Pandemiya səbəbli kütləvi tədbirlərin keçirilməsi mümkün olmadığından onlayn tədbirlərə və hüquqi maarifləndirmənin digər formalarına üstünlük verilmişdir. Ümumilikdə 86 seminar, təlim və kurs keçirilmiş, 2315 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. O cümlədən bələdiyyələrə metodoloji yardım sahəsində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) ilə əməkdaşlıq davam etdirilərək “Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi çərçivəsində “Bələdiyyələrdə vergi işinin təşkilinin səmərəliliyinin artırılması: mövcud problemlər və həlli yolları” mövzusunda 10 onlayn seminar (150 iştirakçı), həmçinin regional ədliyyə idarələrinin iştirakı ilə “Subvensiya layihələrinin hazırlanması və idarə olunması” mövzusunda 7 təlim (202 iştirakçı) təşkil edilmişdir.

Yerli özünüidarəetmə orqanlarının maarifləndirilməsi işlərində bələdiyyələrin milli assosiasiyaları da yaxından iştirak edərək birgə  “Bələdiyyələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi”, “Vergi-uçot sisteminin təkmilləşdirilməsi” və  “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzularında onlayn seminarlar keçirilmişdir.

29 metodik vəsait hazırlanaraq bələdiyyələrə çatdırılmışdır. Həmçinin Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin (GiZ-in) maliyyə dəstəyi ilə 5 metodik vəsait “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında Yaddaş kitabçası”, 2018-ci ildə bələdiyyələr üçün hazırlanmış tövsiyələrdən ibarət “Metodik sənədlər toplusu”, “Bələdiyyə üzvünün Yaddaş kitabçası”, “Korrupsiyaya qarşı mübarizəyə dair hüquqi aktlar toplusu”, “Korrupsiyaya qarşı mübarizə üzrə Yaddaş kitabçası” çap edilərək bələdiyyələrə paylanılmışdır. Bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 8.523 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilmişdir.

ədliyyə əməkdaşlarının “Heydər əliyev və yerli demokratiya”, “Çoxmənzilli binanın idarə edilməsində bələdiyyələrin vəzifələrinə dair qanunvericiliyin tələbləri”, “Yerli özünüidarəetmədə şəffaflıq”, “Könüllülük fəaliyyəti inkişafa yönəlmişdir”, “Sahibkarlığın inkişafında bələdiyyələrin rolu”, həmçinin “Azərbaycan ədliyyəsi Vətən savaşında”, “Son yüz ilin ilk qəti qələbəsi” məqalələri müxtəlif mətbuat orqanlarında çap edilmişdir.

ŞƏRHLƏR