Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının icra katibliyindən verilən məlunata əsasən bu barədə Milli Assosiasiyaların idarə Heyətlərinin 2023-cü il 7 fevral tarixində keçirdikləri iclaslarda müvafiq qərarlar qəbul edilmşdir.
Qeyd olunur ki, Milli Assosiasiyaların hələ 2006-cı ildə keçirilən təsis yığıncaqlarında qəbul edilmiş təşkilati-idarəetmə strukturlarının ölkədə sürətlə aparılan idarəetmə islahatlarına və müasir çağırışlara uzlaşdırılmasına zərurət yaranmışdır. Bu səbəbdən Milli Assosiasiyalarda idarəetmə islahatları aparılaraq, onların icra katibliklərinin birgə koordinasiyalı fəaliyyətinin təşkili istiqamətində konkret addımlar atılmışdır. Koordinasiyalı fəaliyyəti təşkil etməklə assosiasiyalarda administrativ resurslara kifayət qədər qənaət ediləcək, əməkdaşların icra intizamı və əmək məhsuldarlığı artacaqdır. Nəticədə bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və koordinasiyası, onlara metodiki, hüquqi və BAMS proqramının tətbiqi ilə bağlı texniki yardımların göstərilməsi üzrə kuratorların fəaliyyəti daha effektli formada qurulacaq, ölkə bələdiyyələrinin qarşılaşdığı ümumi problemlərin həlli ilə bağlı qanunvericilik, mərkəzi və yerli icra hakimiyyətlərində vahid təmsilçilik missiyası güclənəcəkdir. Həmçinin Milli Assosiasiyaların və bələdiyyələrin beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsinə əlavə imkanlar yaranacaq və ümumilikdə, Milli Assosiasiyaların icra katibliklərinin işini daha səmərəli qurmaq mümkün olacaqdır.
idarə Heyətlərinin müvafiq qərarları ilə Milli Assosiasiyaların icra orqanlarının – icra katibliklərinin birgə fəaliyyətinin təmin edilməsi məqsədi ilə Milli Assosiasiyaların daha optimal variantda təşkilati-idarəetmə strukturu və ştat cədvəli təsdiq edilmişdir. Yeni idarəetmə strukturlarında bələdiyyələrin fəaliyyətinin əlaqələndirməsi, onlara müvafiq köməklik göstərilməsi üçün bütün istiqamətlər üzrə struktur bölmələr və uyğun mütəxəssislər nəzərdə tutulmuşdur. Belə ki, artıq cari ilin fevral ayından tətbiq edilməyə başlanan yeni stukruturlarda Milli Assosiasiyaların birinin icra katibliyində nəzərdə tutulan lahiyələr, beynəlxalq əməkdaşlıq və kommunikasiya üzrə mütəxəssislərin digər Milli Assosiasiyaların bu istiqamət üzrə fəaliyyətinə, eləcə də, digər Milli Assosiasiyanın icra katibliyində nəzərdə tutulan anlitik təhlil və informasiya təminatı üzrə və ya təsərrüfat işləri üzrə mütəxəssisin , Sənədlərlə iş və insan resursları şöbəsinin əməkdaşlarının o biri Assosiasiyaların uyğun istiqamətlər üzrə fəaliyyətlərinin təmin edilməsinə əsaslı şəkildə kömək etməsi nəzərdə tutulur. Yaradılan struktur bölmələrini peşəkar mütəxəssislərlə təmin olunması, yaxın gələcəkdə bələdiyyələrin də qeyd olunan istiqamətlər üzrə uğurlu fəaliyyətinə təminat yaradacaqdır. Beləliklə, icra katibliklərinin birgə fəaliyyəti ölkə bələdiyyələri ilə koordinasiya işinin bütün istiqamətləri üzrə, paralelliyə və təkrarçılığa yol vermədən, daha səmərəli formada həyata keçirilməsi təmin ediləcəkdir.
Həmçinin qəbul edilmiş yeni ştat cədvəllərinə uyğun olaraq idarə heyətlərin qərarları ilə icra katibliklərinin rəhbər vəzifəli şəxsləri təyin edilmiş, digər əməkdaşların komplektləşdirilməsi assosiasiya sədrlərinə həvalə edilmişdir.
Milli Assosiasiyaların icra katibliklərinin birgə fəaliyyətinin koordinasiyası, bu fəaliyyətə ümumi rəhbərlik, o cümlədən, layihələrlə iş, beynəlxalq əməkdaşlıq, analitik təhlil, informasiya təminatı, kargüzarlığın aparılması, insan resursları, kommunukasıya və maliyyə-təsərrüfat sahələrində icra katibliklərinin qarşılıqlı əməkdaşlığının təmin edilməsi, habelə onların dövlət hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla əlaqələndirmə işlərinin təşkili məqsədi ilə Milli Assosiasiyaların əlaqələndirici koordinatoru vəzifəsi təsis edilmiş və həmin vəzifəyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Muradov Aydın Hacı oğlu təyin edilmişdir.
Həmçinin Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi-Bələdiyyələrlə iş departamentinin direktoru vəzifəsinə əkbərli əli Zeyni oğlu, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi-Bələdiyyələrlə iş departamentinin direktoru vəzifəsinə isə Paşayev Vüsal əli oğlu təyin edilmişdir.
Milli Assosiasiyaların idarə Heyətlərinin iclaslarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid əliyev iştirak etmişdir.
|
|
|
|
|
|
|