"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin Milli Assosiasiyasında görüş keçirilib

--2016-03-07 / 12:37

 Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası bu gün  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə assosiasiyanın qadın əməkdaşlarını   təbrik edib.

Assosiasiyadan Belediyye.infoya daxil olan məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışıb.

Sədrin sözlərinə görə, xalqımızın ümummilli lideri Heydər əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident ilham əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sahələrində fəaliyyətlərinin təmin edilməsi, cəmiyyətdə rolunun artırılması sahəsində ciddi və  mühüm əhəmiyyət kəsb edən işlər görülüb.

əldə olunan uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər əliyev Fondunun prezidenti Mehriban əliyevanın əvəzsiz  xidmətləri vardır.

O bildirdi ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulduğunu Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.

Tədbirdə söz alan xanımlar onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

Görüşdə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndiricisi  Tofiq Həsənov, Milli Assosiasiyanın rəsmiləri əli əkbərli və Pərviz Muradov və digər əməkdaşlar iştirak ediblər.

Görüş çay süfrəsi arxasında  davam edib. 

 

Belediyye.info

ŞƏRHLƏR