"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin mülki müdafiə işlərində rolu

--2015-09-21 / 16:20

Səbail paytaxtın mərkəzi rayonlardan biri kimi Qarabağ, Yasamal,  Nəsimi,  Xətai  rayonları  ilə həmsərhəddir. Qeyd edək ki, icra hakimiyyəti  başcının  müvafiq sərəncamı  ilə rayonda Fövqaladə hallar Komissiyası yaradılaraq  Səbail bələdiyyəsinin sədri  komissiya tərkibinə  daxil edilib.

Fövqəladə  Hallar Nazirliyinin Bakı   Reqional Mərkəzi Səbail Səbail rayon icra Hakimiyyətində  "Yanğınların profilaktikasında və yanğın hadisələri  zamanı əhaliyyə düzgün davranış  vərdişlərinin aşılanmasında  yerli icra hakimiyyəti  və özünüidarəetmə orqanlarının rolu"  mövzusunda müşavirələr kecirib. Həmin müşavirələrdə rayonun təhsil və səhiyyə  müəsisələrinin və  digər təşkilatların rəhbərləri də iştirak ediblər. Belə tədbirlərdə yanğın baş vermə  səbəbləri, yanğın zamanı hərəkət qaydaları, yaşayış binalarında yanğın təhlükəsizliyinin  vəziyyəti və digər mövzularda çıxışlar  olub.  Məqsəd isə ondan ibarətdir ki, rayon ərazisində mövcüd olan problemlərin həlli  yolları araşdırılsın, əldə olunan nəticələrdən gələcək fəaliyyətdə istifadə olunsun. Bundan əlavə rayon ərazisində fövqəladə hadisələr baş verdiyi təqdirdə mülki müdafiənin  xüsusi tələblərini yerinə yetirmək,  bu məqsədlə qüvvə və vəsaitləri hazırlamaq, təyinatı üzrə onları tətbiq edərkən xilasetmə, qəza-bərpa və digər  təxirəsalma işlərin yerinə yetirilməsində  qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün tədbir planı hazırlanıb.

Məlum olduğu kimi, son vaxtlar respublikamızın hər yerində olduğu kimi,  Səbail rayonunda da ciddi və planlı şəkildə quruculuq və abadlıq  işləri aparılır. Rayon  ərazisində coxmənzilli binalar və kütləvi idman tədbirlərinin həyata kecirilməsi üçün komplekslər tikilərək sakinlərin istifadəsinə verilir.  

Rayon ərazisində fövqəladə halların baş verməməsi  üçün tərəfimizdən irimiqyaslı maarifləndirmə işləri aparılmaqdadır. Sözsüz ki,  belə işlərdə fəal sakinlərdən  təşkil edilmiş məhəllə komitələrinin gücündən də istifadə edirik.

Hesab edirəm ki, biz arxayınlaşmamalı  və belə tədbirləri davam etdirməliyik.   

Faktlar  göstərir ki, fövqəladə halların əksəriyyətli həyat  fəaliyyətinin  pozulması, təbii aləmdə ciddi dəyişikliklərin  yaranması ilə  insanlara və ətraf mühitə ziyan dəyməsi  ilə nəticələnir.  

Ümumiyyətlə fövqəladə halların sosial-ekoloji nəticələrinin aradan qaldırılması, ətraf mühitin mühafizəsi  və onun sağlamlaşdırılması üzrə məsələlərin  həlli hər zaman gündəliklə olan  problemlərdəndir.  

Fövqəladə hadisələrin  və  onların aradan qaldırılması, mülki  müdafiə idarəetmə orqanları  və müvafiq icra  hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir.  

Fövqəladə hadisələrin qarşısının  alınması üçün tədbirlərin secilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi,   eləcə  də, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması  üzrə  əsas istiqamətlərin  göstəriciləri   mühüm   rol oynayır.

Qeyd edilməlidir ki, yerlərdə baş verə biləcək fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları ilə yerli icra və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı əlaqəsi müstəsna əhəmiyyət kəsb edir.

Ona görə də hesab edirik ki,  yuxarıda adlarını qeyd etdiyim təşklatlarla bigə gələcəkdə müxtəlif yönümlü tədbirlərin təşkil etməklə sakinlər arasında maarifləndirmə işini daha da sürətləndirə bilərik.

 

Firdövsi Cəbrayılov

Səbail bələdiyyəsinin sədri

ŞƏRHLƏR