"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin nəzərinə: diqqətli olun

--2018-06-22 / 14:06

2017-ci il üçün bələdiyyələrdə təsnifatlar üzrə xərclərin istiqamətlərinin təhlilləri aparılarkən müəyyən edilmişdir ki, bank və poçtlarda muxbir hesabları olan bir çox bələdiyələrdə hesablarından təsərrüfat məqsədləri üçün çıxarılan pul vəsaitinə görə Vergi məcəlləsinin 220.12 maddəsinə əsasən 1- faiz pul vəsaiti tutulur. Eyni zamanda bu məcəllənin 16.1.4-cü maddəsinə əsasən sahibkarlıq fəliyyətindən əldə olunan gəlirlər istisna olmaqla yerli özünüidarəetmə orqanlarının gəlirləri vergidən azad olduğu nəzərdə tutulduğu halda, bələdiyyə mülkiyyətində olan əmlakın və ya torpağın təqdim olunması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulur.

Qeyd edərək bildirir ki, yerli öznüidarəetmə orqanları bu növ vergilərdən azaddır və bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.4-cü, 150.1.12-ci və 220.12-ci maddələri ilə tənzimlənir.

Bələdiyyələr bu məsələləri yuxarıda qeyd olunan orqanlarla aydınlaşdırmalı və əsassız xərclərə yol verilməsinin qarşısı alınmalıdır.

Bələdiyyələr qeyd olunan məsələlərlə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinin xidmət mərkəzinə müraciət edə bilərlər.

P.MURADOV

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası icraçı katibinin müavini,  Bələdiyyələrin iqtisadi inkişafı və əlqələndirmə departamentinin direktoru

ŞƏRHLƏR