Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı müasir şəraitdə hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinə çalışır. əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili vacib məsələlər sırasındadır. Həmkarlar ittifaqı olaraq çalışırıq ki, işçilərə yaradılan iş və istirahər şəraiti üzərində nəzarəti artıraq, iş prosesində əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını alaq, işçilərin təhlükəsizliyini təmin edək, içtimai nəzarəti gücləndirək.
Fəaliyyətimizin mühüm istiqamətlərdən biri üzvlərimizin təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, onlar tərəfindən qaldırılan problemlərin qanun çərçivəsində müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə diqqətlə yanaşmaq, yerlərdə əmək qanunvericiliyinin tələblərinə əməl olunması, həmkarlar ittifaqı üzvülərinin hüquqlarının müdafiəsdir.
Hesabat dövrü ərzində Respublika Komitəsinə 72 müraciət daxil olmuşdur. Onlardan 5-i şikayət ərizəsi, 1 təqdimat yerdə qalanları yollayış və maddi yardımla bağlı olmuşdur. Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi ilə bağlı Binəqədi rayonu Biləcəri bələdiyyəsindən daxil olan təqdimata ABiHi-də baxılmış və hərtərəfli araşdırmadan sonra Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əkbərov Rəşad Hikmət oğlunun işdən azad edilmələrinə razılıq verilməmişdir.
Hesabat dövrü ərzində Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqında həmkarlar ittifaqı üzvülərinin ərizə və müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılaraq cavablandırılmışdır.
Həmkarlar ittifaqı üzvlərinin sağlamlığının mühafizəsindən danışarkən onların sanatoriya–kurort məsələlərini nəzərə almamaq olmaz. Hesabat dövründə “Kurort SC”-dən,Turizm və Ekskursiyalar şurasından, Kolxozlararası sağlamlığı birliyindən sanatoriya-kurort yollayışları alınmış və həmkarlar ittifaqı üzvlərinə respublikamızın istirahət və müalicə ocaqlarında dincəlmək, müxtəlif xəstəliklər üzrə kurort-müalicə keçməyə imkan yaradılmışdır.
Kollektiv müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini, sosial ədalət prinsipinin pozulmasına qarşı mübarizə vasitələrinin gücləndirilməsini, həmkarlar təşkilatı özünün vacib məsələlərindən hesab edir. Hesabat dövrü ərzində Respublika komitəsi tərəfindən kollektiv müqavilələrin bağlanmasına əməli kömək göstərmək məqsədi ilə həmkarlar ittifaqının mövqeyini əks etdirən tövsiyələr hazırlanaraq yerlərə çatdırılmış, üzv təşkilatlara məktublar göndərilmişdir.
işçilərin əmək şəraitinin yaxşılaşdırılması üzrə müəyyən işlər görülməsinə baxmayaraq görülən işlər bizi qane etmir. Lazımi vəsaitlər olmadığına görə, Yerli özünüidarəetmə orqanlarında bağlanan kollektiv müqavilələrdə əks olunan tədbirlər əsasən təşkilati xarakter daşıyır. əmək şəraitini kökündən yaxşılaşdırmaq üçün sadəcə lazımi vəsait yoxdur.
Bu gün bu və ya digər səbəblərdən kifayət qədər maddi vəsaiti olmayan bir çox həmkarlar ittifaqı komitələri üçün kollektiv müqavilə əslində motivasiya problemlərinin həllində yeganə vasitədir. iqtisadi baxımdan zəif, büdcə sahəsində itkilərə uğrayan müəssisələrdə kollektiv müqavilə üzrə iş qeyri-effektiv, bəzən isə ümumiyyətlə qeyri-mümkün və mənasız sayıla bilər. Lakin hətta belə minimal sosial zəmanətin olduğu bir şəraitdə həmkarlar ittifaqı sədrləri tərəfindən kollektiv müqavilənin bağlanması zəruridir. Bu da işçilərin şəxsi məsələlərinin həlli işində birləşməsinə səbəb olacaq, motivasiya əsaslarını gücləndirəcək və həmkarlar ittifaqı təşkilatlarını möhkəmləndirəcək.
Üzv təşkilatlarda “Yerli Demokratiya Həftəsi”, Qurban bayramı, Ramazan bayramı, Ümummilli lider Heydər əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə əlaqədar keçirilən tədbirlərdə komitə üzvləri iştirak etmişlər.
Hesabat dövrü ərzində gender komissiyaları Respublika komitəsində və eləcə də qadınların çoxluq təşkil etdiyi təşkilatlarda gender problemləri üzrə yaradılmış komissiyalar “iş planları”na uyğun fəaliyyət göstərmişlər. Gəncə şəhərində gender komissiyasının işlası keçirilmiş və yeni sədr seçilmişdir. Respublika komitəsi tərəfindən təşkil olunan “Bələdiyyə institutlarında gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilmiş konfransda Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Respublika komitəsinin və AHiK-in “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzi”nin sədri Cəmilə xanım Səttarova iştirak etmişdir.
Qeyd etməliyəm ki, son illər bələdiyyələrin bank hesablarına Dövlət Sosial Müdafiə Fondu tərəfindən qoyulan sərəncamlar, daxil olan üzvlük haqqlarının azlığı, maliyyə vəsaitlərinin çatışmamazlığı bir çox tədbirlərin keçirilməsinə çətinlik yaradır. Həmkarlar ittifaqı təşkilatı üzvlərinin əmək haqqlarından tutulmuş üzvlük haqlarının təyinatı üzrə vaxtında tam həcmdə köçürülməsində yaranan problemlərlə əlaqədar Pespublika Komitəsinin iş planında nəzərdə tutulan öhdəlikləri tam yerinə yetirə bilmirik.
iş planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi, görülən işlərin səmərəliliyinin artırilması və xərclərin optimallaşdirılması üçün təklif edirik ki, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının “Nizamnamə”sinin 7.3. bəndində təsbit olunmuş üzvlük haqqı mərkəzləşdirilmiş şəkildə Respublika komitəsinin hesablama-hesabına köçürülsün.
2019-cü ilin dekabr ayında Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilməsinin 20 ili tamam olur. Ötən dövr ərzində ölkəmizdə yerli özünüidarənin formalaşması, fəaliyyət göstərməsi və inkişafı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm normativ- hüquqi aktlar qəbul edilməsinə baxmayaraq respublikamızda formalaşan 1607 bələdiyyənin 1208-nin 01 yanvar 2013-cü ilə Dövlət Sosial Müdafiə Fonduna olan borcunun həcmi 13 milyon manata yaxın təşkil edirdi. Bu borcun 9 milyon manata yaxın hissəsi əsas borc, 4 milyona yaxın hissəsi isə borca görə hesablanan peniya olmuşdur.
Ölkə pezidentinin cari ilin mart ayında imzaladığı sərəncamla borcun peniya olan hissəsinin böyük qismi silinmiş oldu. Tək Biləcəri bələdiyyəsində 100 min manata yaxın peniya silindi. Cənab prezidentin imzaladığı bu sərəncam 1208 bələdiyyənin hər birinə müsbət mənada təsi etmiş oldu. Hal-hazırda Bərdə bələdiyyələrinin 825 min manat, Yevlax bələdiyyələrinin 166 min manat, Ağsu bələdiyyələrinin 145 min manat, Quba bələdiyyələrinin 115 min manat, Tərtər bələdiyyələrinin 331mim, Cəlilabad bələdiyyələrinin 100 min manat, Saatlı bələdiyyələrinin 115 min manat, şamaxı bələdiyyələrinin 45 min manat, Lənkəran bələdiyyələrinin 70 min manat, Tovuz bələdiyyələrinin 133 min manat, Göyçay bələdiyyəsinin 38 min manat Dövlət Dosial Müdafiə Fonduna borcu vardır.
Bakı bələdiyyələri arasında Sabunçu bələdiyyəsinin 11 min, Xocasən bələdiyyəsinin 42 min, Binəqədi kənd bələdiyyəsinin 25 min, Biləcəri bələdiyyəsinin 674 min manat, əmircan bələdiyyəsinin 28 min manat borcu vardır.
Apardığımız təhlilər göstərir ki, borcun yaranma dövrü 2003-2008-ci illəri əhatə edir. Bir tərəfdən məhsuliyətsizlik, qeyri-səmərəli idarəçilik, digər tərəfdən bələdiyə sədrlərinin təcrübəsizliyi nəticəsində bu qədər borc yarandı. 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi zamanı mövcud borcla bağlı mexanizm olmadığına görə fəaliyyətsiz bələdiyyələrin borcu fəaliyyəti olan bələdiyyələrə keçdi.
Dövlət Dosial Müdafiə Fondunun əməkdaşlarının vəzifəsi banka sərəncam qoymaqla yanaşı, məsələnin ciddiliyini nəzərə alaraq mütəmadi olaraq borclu bələdiyyə sədrləri ilə görüşlər keçirməli, seminarların, dəyirmi masaların təşkili və xüsusi ilə media vasitəsi ilə borclu bələdiyyələr haqqında məlumatları ictimailəşdirilməliydi.
Bu gün pespublika bələdiyyələrində yaranmış maliyyə vəziyyəti bələdiyyələri tamamilə zəiflədib ağır duruma salıb, belə hal bələdiyyə qulluqcularının sosial vəziyyətinə təsirsiz ötüşmür. Qeyd etmək yerinə düşərdi ki, bu gün bələdiyyə qulluqçularının aylıq əmək haqqı ölkə üzrə olan orta əmək haqqından iki dəfə aşağıdır.
Belə davam edərsə hazırda güclə də olsa ayaq üstə durmağı bacaran, fəaliyyətini davam etdirməkdə israrlı olan bələdiyyələr qısa müddət sonra borc girdabına düşəcəklər.
Bildiyiniz kimi 20 iyun 2014-cü il tarixdən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna edilən dəyişiklik, 01 yanvar 2015-ci ildən qüvvəyə mindikdən sonra yerli vergilər və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə həyata keçirilməyə başladı. Dəyişikliklərin müsbət tərəfi o oldu ki, bələdiyyələr tərəfindən verginin hesablanmasında mövcud olan çətinliklər aradan qalxdı, şəffaflıq artdı, amma bələdiyyələrin vergi yığımında üzləşdikləri problem problem olaraq qaldı.
Bələdiyyələrin maliyyə vəziyyətini nəzərə alaraq yerli özünüidarəetmə orqanlarının sosial tərəfdaşı olaraq bələdiyyənin normal fəaliyyət göstərməsində maraqlı tərəf kimi Dövlət Sosial Müdafiə Fonduna yarana borclarla bağlı apardığımız təhlilər nəticəsində hazırladığımız təklifləri qeyd etmək istəyirəm. Təklifimiz borcun silinməsindən yox, onun mərhələli olaraq hissə-hissə qaytarılmasından ibarətdir.
Birincisi, təklif edirik ki, bələdiyyələrin bank hesabına qoyulan sərəncamlar müddətli şəkildə götürülsün və köhnə borca görə bundan sonra peniya hesablanmasın, borc müəyyən müddətə dondurulmuş qalsın. Bələdiyyə büdcəsinə daxil olan vəsaitin səmərəli istifadəsi üçün ictimai nəzarəti gücləndirilməklə, fəaliyyətlərində şəffaflıq artırılsın.
Dövlət Sosial Müdafiə Fonduna mövcud borcun ödənilməsi üçün vəsait lazımdır. Bu vəsait isə qanunvericiliyə uyğun olaraq bələdiyyəyə vergi ödəyiciləri tərəfindən ödənilən yerli vergilərdən formalaşıır. Hal-hazırda müvafiq bələdiyyə ərazilərində fiziki şəxslərin istifadəsində olan çoxlu sayda sənədsiz əmlak var lakin əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Bələdiyyə büdcəsində gəlirlərin əsas hissəsinin fiziki şəxslər tərəfindən ödənilən əmlak və torpaq vergisi təşkil etdiyinə görə bu problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, bu problemin mövcudluğu hazırda bələdiyyə ərazisində xeyli vəsaitin itirilməsinə şərait yaradır.
Mövcud qanunvericilik, iqtisadi vəziyyət, bələdiyyələrə dövlət qayğısı problemlərin bələdiyyələr tərəfindən müstəqil həll edilməsi üçün geniş şərait yaratmağına baxmayaraq bələdiyyə büdcəsinin formalaşmasında əsas amillərdən olan əmlak və torpaq vergisinin toplanmasında yaranan problemlər həll edilməz həddədir.
Yuxarıda qeyd edilənlənləri nəzərə alaraq ikinci təklifimiz ondan ibarətdir ki, bələdiyyələrə qanunvericilik cərçivəsində əlavə büdcə vəsaitləri cəlb etmək üçün imkan yaradılsın.
Bələdiyyə torpaqlarının əsassız şəkildə dövriyyədən çıxarılması, başqa sözlə zəbt olunmasının qarşısını almaq üçün müvafiq bələdiyyə ərazilərində fiziki şəxslərin istifadəsində olan çoxlu sayda sənədsiz əmlak və torpaqlara görə qanunvericilik çərçivəsində ödəniş formasında xüsusi rüsumlar tətbiq edilsin.
Vergi ödəyicilərinin məhsuliyyətini artırmaq məqsədi ilə yaxşı olardı ki, “Vergi Məcəlləsi”-nin 89-90-cı maddələri yerli vergiləri ödəməyən, vergidən yayınan vergi ödəyicilərinə də tətbiq edilsin.
Bələdiyyə büdcəsinə əlavə vəsaitlərin daxil edilməsi üçün 26 dekabr 2017-ci ildə “Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 598 saylı qərarı vardır. Həmin Qərarın 4.1-ci bəndində təsbit olunmuşdur ki, reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin;
Reklam daşıyıcısına yəni müvafiq bələdiyyəyə həmin vəsaitin ödənilməsi üçün bələdiyyə həmin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməlidir. Bildiyiniz kimi belə bir sənəd bələdiyyələrin əksəriyyətində yoxdur. Təklif edərdik ki, bələdiyyələrin mülkiyyət hüququnu təsdiq edən sənədlərlə bağlı müəyyən qərar qəbul edilsin.
Reklamla bağlı nəzərinizə çatdırmaq isrəyirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 598 saylı qərarının qəbulundan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər 1 dənə də olsun bələdiyyə Reklam Agentliyi ilə müqavilə bağlamamışdır.
Eyni zamanda islahatların, dəyişikliklərin və praktiki təkliflərin verilməsi üçün bələdiyyələrdə ixtisaslı kadrlara ehtiyac vardır. Bu problemin həlli üçün bələdiyyələrə məhz bu sahədə ixtisaslaşan kadrların cəlbi məqsədli stimullaşdırıcı tədbirlər planının hazırlanması tərəfimizdən təklif olunur.
Bizim araşdırmalarımızın, təhlillərimizin və təkliflərimizin əsas məqsədi odur ki, bələdiyyələr səmərəli fəaliyyət göstərsinlər onların səmərəli fəaliyyəti həmkarlar ittifaqının aktiv işləməsinə şərait yaradır.
Aparılan araşdırmalar və təhlillər göstərir ki, qeyd edilən təkliflərin reallaşdırılması istənilən halda bələdiyyələrin büdcə vəsaitlərinin artırılmasına və bununla da Dövlət Dosial Müdafiə Fonduna mövcud borcların qaytarılmasına kömək edər.
əgər dəyişikliklər baş tutarsa, bu dəyişikliklər bələdiyyələr tərəfindən vergilərin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qalxmasına əlverişli şərait yaradacaq ki, bu da fiziki şəxslərin əmlak və torpaq vergisindən yayınma etimalını azaltmaqla bələdiyyələrin vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağı ilə nəticələnəcək.
Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı, mövcud problemlərin aradan qaldırılmasına və onların birgə həllinə çalışmalıyıq.
Məhərrəm Xəlilov
Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri