Bu barədə məlumat Dövlət Statistika Komitəsindən daxil olub.
Məlumata görə, cari ilin altı ayı ərzində Azərbaycan bələdiyyəərinin ümumi büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6 fazi artıb. əmlak vergisinin həcmi 17 faiz, mədən vergisinin həcmi 7 faiz artıb.
Maliyyə istiqmətləri arasında ən çox büdcə gəlirləri mehmanxana, kurort sanatoriya və turizm xidmətlərindən daxil olub. Altı ay ərzində adıçəkilən istiqamətdən bələdiyyələrə 58.9 faiz artıq maliyyə vəsaiti daxil olub.
Məsələyə münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov bildirb ki, ilbəil bələdiyyələrin gəlirlərinin artması insanlarda bu orqanlara olan inamın yaranmasına, habelə bələdiyyələrə seçiciləri qarşısında götürdükləri öhdəliklərin layiqincə yerinə yetirməsinə, öz inzibati ərazilərində daha ciddi və əhəmiyyətli layihələrin gerçəkləşməsinə şərait yaradacaqdır.
Belediyye.info