"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin ümumrespublika toplantısı keçiriləcək

--2016-02-04 / 09:13

ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərində bələdiyyələrin ümumirespublika toplantısı keçiriləcək. Bu barədə Belediyye.infoya məlumat Bələdiyyələrlə iş mərkəzindən daxil olub.

Məlumatda bildirilir ki, “2015-ci ilin yekunları və bələdiyyələrin qarşısında duran vəzifələri”  mövzusuna həsr olunan toplantıda Milli Məclisin üzvləri, Prezident Adaminstrasiyasının rəsmiləri, habelə şəhər, qəsəbə və kənd milli bələdiyyə assosiasiyasının üzvləri iştirak edəcək.

6 fevral 2015-ci il  tarixdə  “Heydər əliyev” Mərkəzində baş tutacaq konfrasda ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin  hesabat xarakterli çıxışı  nəzərdə tutulub.

Belediyye.info

 

ŞƏRHLƏR