"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin yaranmasının 23-cü ili tamam olur

--2022-12-13 / 13:33

12 dekabr 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında ilk dəfə bələdiyyə seçkiləri keçirilmişdir. Ölkəmizdə yerli özünüidarəetmə orqanlarının formalaşması və inkişafı üçün təməl rolunu oynayan bələdiyyələrin yaradılmasından 23 il ötür.

Onu da qeyd edək ki, yerli özünüidarəetmə orqanlarının yaradılması ölkədə demokratik dövlətçiliyin inkişafı, iqtisadiyyatın və sosial rifahın yüksəldilməsi, dayanıqlı ictimai-siyasi mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ulu öndər Heydər əliyevin yerli demokratiyanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm Prezident ilham əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşdirilmişdir.
Bələdiyyələrin yaranma günü münasibəti ilə bütün bələdiyyə sədrlərini, bələdiyyə üzvlərini və bələdiyyə qulluqçularını təbrik edir, onlara fəaliyyətində uğurlar arzu edirik.

Binəqədi rayon Bələdiyyəsi 

ŞƏRHLƏR