"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin yaxşı işləməsi üçün vətəndaş həmrəyliyi vacib amildir

--2016-06-21 / 22:13

Ölkəmizdə bələdiyyələrin yaranması, hüquqi bazasının formalaşması ümumilli lider Heydər əliyevin adı ilə bağlıdır.

Ümumilli liderimizin demokratik dövlət quruculuğu sahəsində apardığı ən mühüm islahatlardan biri də yerli özünüidarə qurumlarının-bələdiyyələrin  yaranmasıdır.

Ulu öndər H.əliyevin siyasətinə sadiq qalan, onu uğurla həyata keçirən möhtərəm prezidentimiz ilham əliyevin rəhbərliyi ilə bələdiyyələrin hüquqi bazası daha da təkmilləşərək inkişaf etmişdir. Bunun nəticəsidir ki, bu gün bələdiyyələr cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilmişdir.

Ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf prosessində bələdiyyələr yaxından iştirak edir. Həyatı vacib məsələlərin həllində, yerli özünüidarəetmənin təşəkkül tapmasında, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşmasında, vətəndaş cəmiyyətinin inkişafında əhalinin sosial müdafiəsinin güclədirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Xudat bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin  maliyyəsinin əsasları” haqqında və s. Azərbaycan Respublikası qanununa və digər normativ-hüquqi aktlara əsasən öz işini qurur.

2015-ci il ərzində bələdiyyənin 14 iclası keçirilmiş, həmin iclaslarda bələdiyyə fəaliyyətinə dair 61 məsələ müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.

2015-ci il ərzində bələdiyyənin yerli büdcəsi Azərbaycan Respublikasının “Bələdiyyələrinn maliyyəsinin əsasları” haqqında qanuna uyğun formalaşdırılmışdır.

2015-ci il üçün smeta üzrə bələdiyyənin yerli büdcəsinin gəlir hissəsi 87200 manat məbləğində nəzərdə tutulduğu halda icrası 66.295 manat .

Bu əsasən:

-fiziki şəxslərdən əmlak vergisi  üzrə 24900 manata qarşı 32656.68 manat 

-fiziki şəxslərdən torpaq vergisi üzrə 13351 manata qarşı 14573.14 manat

-küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş üzrə 3000 manata qarşı 4056 manat,

-bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gəlirlər üzrə 27500 manata qarşı 3650 manat

          -bələdiyyə torpaqlarının icarəyə  verilməsindən icarə haqqı üzrə 4800 manata qarşı 5623 manat

         -Xidmət haqqı-220 manat

-əhalini içməli su ilə təmin olunmasından əldə olunmuş ödəniş üzrə 3000 manata qarşı 2417manat

-xərclərin ödənilməsi üçün Dövlət büdcəsindən alınmış dotasiya üzrə 9049 manata qarşı 3100 manat

2015-ci  il ərzində yerli büdcənin xərclər hissəsinin  icrası 66473.99 manat təşkil etmişdir.

Prezident ilham əliyevin regionların sosial-iqtisadi inkişaf proqramı ilə əlaqədar apardığı möhtəşəm işlərin fonunda icra başçısı şəmsəddin Xanbabayevin  rayonda, o cümlədən Xudat şəhərində apardığı böyük abadlıq və quruculuq işlərinin həyata keçirilməsində Xudat bələdiyyəsi də öz imkanları daxilində iştirak edərək əhalinin sosial-iqtisadi, sosial təminat və ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görmüşdür.

2015-ci ildə görülən işlərin istiqamətini və xərclənən vəsaitin izahını nəzərinizə  çatdırmaq istəyirəm. O cümlədən:

Yol təmiri:

-Heydər əliyev küçəsinə-810 manat, M.ə.Rəsulzadə küçəsinə-540 manat, 1-ci şöbədə yeni yaşayış massivinə 810 manat, Z.Mahmudov küçəsinə-3120 manat, Ç.Naxçıvanski küçəsinə-840 manat, F.əmirov küçəsinə -1520 manat, K.Zavod yeni yaşayış massivinə-315 manat,

1-ci şöbədə su çəni və su xəttinin təmirinə-400 manat, Mərkəzi malikanədə yerləşən su çənin, su xəttinin və su matorunun təmirinə -850 manat,

Xudat-Nabran körpüsünün yaxınlığında yerləşən kanalizasiya xəttinin bərpasına 3000 manat,

imkansız ailələrə 405 manat miqdarında maddi yardım , “ 20 yanvar” və Qurban bayramında şəhid ailələrinə və imkansızlara 250 manat miqdarında ərzaq səbəti verilmişdir.

2015-ci ildə təhsilə ümumilikdə 1500 manat miqdarında vəsait xərclənmişdir. Bu vəsait orta məktəblərdə aparılmış cari təmir işlərinə xərclənmişdir, o cümlədən:

        - 1â„–li tam orta məktəbdə divar və döşəmənin boyalanmasına 200 manat

        - 2â„–li tam orta məktəbdə suvaq və boyalanma işlərinə            1039 manat

        - 4-cü şöbə ərazisindəki ibtidai məktəbdə süvaq və əhəngləmə işlərinə 131 manat-

        - Su kəməriqəsəbəsində məktəbin təmiri -130 manat

-Heydər əliyev büstünün ətrafına Güllərin əkilməsi 200 manat, H.əliyev mərkəzinə materialların alınması 710  manat vəsait xərclənmişdir.

 -9 May Qələbə Günü münasibəti ilə tədbirin təşkilinə 100 manat,

-20 yanvar şəhidlərinin xatirəsinin yad edilməsinə  əklil və güllərin qoyulmasına-100 manat

-Novuz bayramı tədbirinə 300 manat

-28 may Respublikası gününə həsr olunmuş futbol turnirinə idman ləvazimatlarının alınması 120 manat

-31 dekabr həmrəylik günü və yeni il münasibəti ilə tədbirin təşkilinə, yolkanın alınmasına və abadlıq işlərinin görülməsinə- 700 manat

-şimal bölgəsi üzrə kənd və qəsəbələr arasında keçirilən 1-ci regional furbol yarışlarında Xudat komandasının iştirakına -120 manat

Görülən işlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar üzrə -741 manat vəsait sərf olunmuşdur.

2015-ci ildə  bələdiyyədə vətəndaşlarım qəbulu, onların ərizəsi və şikayətlərinə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət hakimiyyəti orqanlarında təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir.

Hesabat  ilində bələdiyyənin sədri və müavini tərəfindən 54 vətəndaş qəbul edilmişdir. Vətəndaşlardan 32 yazılı ərizə və şikayət  daxil olmuş, torpaq mübahisələrinə dair 1 ərizə, su, qaz, yol barədə 19, ailə vəziyyəti ilə əlaqədar 6, fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi almaq barədə 6 ərizə qeydə alınmışdır. Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.

Bələdiyyə üzrə 2015-ci il ərzində 54 sərəncam, 9 əmr verilmişdir.

Bələdiyyəmizdə hazırda 15 nəfər işçi çalışır. işçilərdən 2 nəfər bələdiyyə üzvü, digərləri isə bələdiyyənin icra aparatında və təsərrüfat sahəsində fəaliyyət göstərir.

Sonda qeyd edim ki, bələdiyyələrin daha yaxşı işləməsi üçün bələdiyyə vətəndaş həmrəyliyi vacib amildir.

Ümid edirik ki,  öz istək və arzularınız, səmərəli təkliflərinizlə bələdiyyəyə yaxından kömək edəcəksiniz. Sizləri bir daha əmin edirəm ki, yerli əhəmiyyətli problemlərin həllində bələdiyyə öz  imkanları daxilində sizlərə köməyini əsirgəməyəcəkdir.

Elman  Allahyarov

Xaçmaz rayonu Xudat bələdiyyəsinin sədri

ŞƏRHLƏR