"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzi bələdiyyələrə tövsiyə məktubu göndərib

--2019-04-04 / 11:34

 

əhalinin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsində bələdiyyələrin iştirakının genişləndirilməsi ilə bağlı

 ***

ədliyyə nazilriyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən yerli əhalinin məşğullunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin canlandırılması məqsədilə Bakı şəhər bələdiyyələrinə müvafiq məzmunda tövsiyə göndərilmiş və həyata keçirilən tədbirlər, onların konkret nəticələri barədə məlumat verilməsi xahiş olunmuşdur.

Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yerli özünüidarəetmə orqanlarının kəndlərin inkişafı, orada əhalinin məşğulluğunun təmin edilməsi, mədəni irsin ötürülməsi, kənd həyatı ənənələrinin saxlanılması və ənənəvi həyat tərzinin qorunması sahəsində təşəbbüslərinin dəstəklənməsi, kəndin sosial-iqtisadi inkişafı ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin nəticəsində kənddə bələdiyyələrin açdığı iş yerlərinin sayının 30%, qadınların və gənclərin inkişafına yönəldilmiş proqramların sayının 3 dəfə artırılması və kəndin sosial-ictimai həyatında onların fəal iştirakı hədəflənmişdir.

Təcrübə göstərir ki, bir çox hallarda yerli büdcə vəsaitlərindən səmərəli, o cümlədən yerli özünüidarəetmənin dayanıqlı inkişafına xidmət edən istiqamətlər üzrə istifadə edilmir.

Yerli əhalinin məşğulluğunun təmini və davamlı əlavə gəlir mənbələri əldə edilməsi məqsədi ilə yerli büdcələrin ən zəruri xərclərin ödənilməsindən sonra kifayət qədər əlavə vəsaiti yarandığı hallarda bələdiyyələrə öz müəssisələrini təsis etməklə uyğun sahibkarlıq fəaliyyətini dəstəkləmələri tövsiyə olunmuşdur.

Tövsiyədə bələdiyyələrin sahibkarlıq fəaliyyəti ilə məşğul olması (avtomobil dayanacaqlarının yaradılması, mərasim zallarının təşkili və s.) yalnız müvafiq hüquqi şəxslərin təsis edilməsi və vergi ödəyiciləri kimi qeydiyyata alınmasından sonra mümkün olduğundan birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınması məqsədi ilə bu fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməsinin vacibliyi vurğulanmışdır.

Eyni zamanda Mərkəz tərəfindən regional ədliyyə idarələrinə də eyniməzmunlu məktub göndərilərək bələdiyyələrə sahibkarlıq fəaliyyətini dəstəkləmələrinin təbliğ və tövsiyə olunması, bu sahədə onlara əməli və metodiki kömək göstərilməsinin zəruriliyi bildirilmişdir.

Azərbaycan Kənd, şəhər, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyalarına da bələdiyyələrlə müvafiq işin aparılması və onlara zəruri köməkliklərin göstərilməsi barədə müraciət edilmişdir.

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR