"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzi iki toplunu nəşrə hazırlayır

--2016-05-23 / 12:10

Azərbaycan Pespubliaksının əədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ölkə bələdiyyələrini maarifləndrimək məqsədiylə iki toplunu nəşrə hazırlayır. “Qanunvericilikdə yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin məsuliyyətini müəyyən edən normalar” və “Fiziki şəxslərin əmlak vergisi ilə bağlı sənədlər toplusu” adlanan toplular xüsusən yeni seçilmiş bələdiyyə üzvləri və sədrləri üçün nəzərdə tutulub. Hər iki topluya əsasən qanunvericlikdə son illər edilmiş dəyişikliklər daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96 VQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının yeni inzibati Xətalar Məcəlləsi təsdiq edilib. Bu Məcəllədə yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin məsuliyyətini nəzərdə tutan bir sıra yeni normalar müəyyən edilmiş, eləcə də bəzi normalara dəyişikliklər olunub.

Eyni zamanda, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar son illər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də bir sıra əlavə və dəyişikliklər edilmiş və yeni normalar qəbul edilib. Hər iki vəsait qəbul edilmiş normaların yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri, bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsi və həmin normalara əməl olunması məqsədi ilə hazırlanıb.

Digər toplu fiziki şəxslərin əmlak vergisi ilə bağlı son dövrlərdə qəbul olunmuş normativ hüquqi aktlardan və digər sənədlərdən ibarət olmaqla, bələdiyyələrə metodik kömək göstərilməsi məqsədi daşıyır.

Belediyye.info

ŞƏRHLƏR