ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində “Ötən ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib. Bu barədə Belediyye.infoya məlumat Bələdiyyələr iş mərkəzindən daxil olub.
Toplantını ədliyyə nazirinin müavini Viayət Zahirov açaraq, ölkədə başlanan islahatlarda bələdiyyələrin rolunun danılmaz oldugunu bildirib. Nazir müavininin sözlərinə görə, bələdiyyələr daim vətəndaşlar arasındadır, xalqla birbaşa təmasdadır, odur ki, bu islahatlarda yerli özünüidarəetmənin aparıcı rolu olduğunu unutmamalıyıq. Bələdiyyələrin üzərinə düşən belə məsuliyyətli işdə onların maarifləndirilməsi, həmçinin metodoloji yardımın göstərilməsində Bələdiyyələrlə iş mərkəzinin üzərinə kifayət qədər məsul vəzifələr düşür. Bir tərəfdən problemlərin həlli göstərilməli, digər tərəfdən inzibati nəzarət qanunamüvafiq şəkildə həyata keçirilməlidir.
Yığıncaqda çıxış edən Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə mərkəz tərəfindən il ərzində görülən işlər ətrafında geniş məruzə ilə çıxış edib. inzibati nəzarət sahəsində aparılan araşdırmalar, görülən işlər, daxil olan müraciətlərə baxılması, nəticələrin müzakirəsi, vətəndaşlara köməkliklərin göstərilməsi, problemlər və onların həlli yolları barədə məlumat verildi. Mərkəz rəisi bələdiyyələr tərəfindən qəbul olunmuş aktların mərkəzə daxil olması, bu işin təşkil, nazirliyin regional şöbələriylə birgə əməkdaşlıq əlaqələrinin və köməkliklərinin göstərilməsi və çətinliklərin aradan qaldırılmasına geniş önəm verildiyini də qeyd edib.
Bələdiyyələrlə iş mərkəzinin rəsi müavini Fazil Məmmədov çıxış edərək ötən il ərzində mərkəzin maarifləndirmə sahəsində gördüyü işlərə toxunub. Onun sözlərinə görə, ədliyyə Akademiyası və Regional ədliyyə şöbələriylə birgə ardıcıl və sistemli təşkil edilən bu kursların əhəmiyyəti böyükdür. Belə ki, sədrlərin, həmdə üzvlərin 50 % -dək hissəsi yeni seçildiyindən bu tipli kursların davamlı şəkildə təşkili nəzərdə tutulub.
Bələdiyyələrlə iş mərkəzinin inzibati Nəzarət idarəsinin rəisi Bəhruz Mahmudov inzibati nəzarət sahəsində mərkəzin gördüyü işlərə toxunaraq il ərzində əldə olunan nəticələr barəsində yığıncaq iştirakçılarına məlumat verib.
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Qədir Xəlilov mərkəzin beynəlxalq əməkdaşlıq əlaqələrinə toxunaraq həyata keçirilən layihələrdən danışıb. Qədir Xəlilov Türk Dünyası Bələdiyyələr Birliyi ilə və Almaniya əməkdaşlıq təşkilatıyla birgə layihələrdən danışaraq bu əlaqələrin əhəmiyyətini xüsusiylə vurğulayıb. Layihə çərçivəsində qarşılıqlı səfərlərin təşkili, bələdiyyə üzvlərinin təcürbə mübadiləsi məqsədiylə səfərləirn təşkili böyük önəm kəsb etdiyini qeyd edən mərkəz təmsilçisi cari ildədə bu layihələrin davam etdirlməsinin nəzərdə tutulduğunu bildirib.
Yığıncağa nazir müavini Viayət Zahirov yekun vurub.
Belediyye.info
|
|
|
|
|
|