ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodoloji yardım və bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri davam etdirilir. Cari ildə isə Bələdiyyələrlə iş Mərkəzinin ilk seminarı Nərimanov bələdiyyəsində baş tutub.
Bu barədə Belediyye.infoya məlumat Nərimanov bələdiyyəsindən daxil olub. Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla keçirilən seminarda bələdiyyələr üçün vacib mövzular ətrafında müzakirələr aparılıb.
Seminarda Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin bu addımını yüksək qiymət verərək bələdiyyənin fəaliyyətində mərkəzin metodik tövsiyələrindən daim istifadə etdiklərini qeyd etmişdir.
Seminarda Bələdiyyələrlə iş Mərkəzinin məsul işçiləri Səfa Cəfərovun və Seymur Nağıyevin bələdiyyə hesabatlarının icitmailəşdirilməsinin vacibliyi, eləcə də inzibati icraatın iştirakçısı kimi bələdiyyə orqanlarının fəaliyyətində “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasının əhəmiyyəti, həmçinin bələdiyyələrdə mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması qaydaları barədə əhatəli məruzələri dinlənilib.
Seminarın sonunda müzakirə olunan mövzular, həmçinin bələdiyyələrin gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlər barədə iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|