ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi Qaradağ rayonu Lökbatan bələdiyyəsinin inzibati binasında Qaradağ bələdiyyələrinin iştirakıyla seminar keçirilib. Mərkəzin əməkdaşları israfil Mustafayev və Səfa Cəfərovun iştirak etdiyi seminarda bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları iştirak ediblər.
Seminarda torpaq və əmlak vergisi üzrə qeydiyyatın dəqiqləşdirilməsi, bu prosesin qısa müddətdə başa çatdırlılması, vergilərin qanunvericiliyin tələblərinə uyğun hesablanılması, vergilər üzrə ödənilməmiş borcların yığılaraq yerli büdcəyə ödənilməsinin təmin edilməsi üçün ciddi tədbirlərin görülməsi, bələdiyyənin təsdiq edilmiş büdcəsinin gəlir və xərc hissəsinin gündəlik nəzarətdə saxlanılması, yerli büdcənin yarımillik və illik icrası barədə maliyyə hesabatlarının dəqiq, əhatəli hazırlanması və yerli sakinlərin həmin hesabatlarla tanış olması üçün mümkün olan bütün tədbirlərin görülməsi ətrafında ciddi fikir mübadiləsi aparılmışdır.
Seminar iştirakçıları seminarın keçirilməsinə görə Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşlarına təşəkkür edərək müzakirə olunan məsələlərlə bağlı bələdiyyələrnin gündəlik fəaliyyətində nəzərə alınacağını bildiriblər.
Görüşün sonunda iştirakçıların sualları mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|