"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş Mərkəzi Zirə bələdiyyəsində seminar keçirib

--2022-05-20 / 06:08

Zirə bələdiyyəsinin inzibati binasında, 18 may 2022-ci il tarixdə keçirilmiş seminarda mərkəzin əməkdaşları israfil Mustafayev və Səfa Cəfərov iştirak edib.

Seminarda Zirə bələdiyyəsinin, Qala bələdiyyəsinin, Türkan bələdiyyəsinin üzvləri və bələdiyyə qulluqçuları ilə torpaq və əmlak vergisi üzrə qeydiyyatın dəqiqləşdirilməsi, bu prosesin qısa müddətdə başa çatdırlılması, vergilərin qanunvericiliyin tələblərinə uyğun hesablanılması, vergilər üzrə ödənilməmiş borcların yığılaraq yerli büdcəyə ödənilməsinin təmin edilməsi üçün ciddi tədbirlərin görülməsi, bələdiyyənin təsdiq edilmiş büdcəsinin gəlir və xərc hissəsinin gündəlik nəzarətdə saxlanılması, gəlirlər hissəsində əhəmiyyətli dərəcədə fərq olduğu halda büdcənin gəlir və xərc maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişkiliyin edilməsi üçün məsələnin bələdiyyə iclasının müzakirəsinə çıxarılması, bələdiyyə büdcəsinə vəsait ayrılarkən büdcənin xərc istiqmətlərinə istinad edilməsi, yerli büdcənin yarımillik və illik icrası barədə maliyyə hesabatlarının dəqiq, əhatəli hazırlanması və yerli sakinlərin həmin hesabatlarla tanış olması üçün mümkün olan bütün tədbirlərin görülməsi, həmçinin bələdiyyələrin idarəetmə xərclərinin maksimum azaldılması icra aparatının səmərəli qurulması yerli büdcə vəsaitlərindən daha çox yerli əhəmiyyətli məsələlərin həllində müxtəlif sosial layihələrn maliyyələşdirilməsinə nail olunması və bələdiyyələrdə sənədləşmə işinin, kargüzarlığın və sənədlərin arxivləşdirilməsinin qanunvericiliyn tələblərinə uyğun təşkili ilə bağlı yerində metodik köməkliyn göstərilməsi məsələləri ətrafında ciddi fikir mübadiləsi aparılmışdır.

Seminarda Zirə bələdiyyəsinin sədri Anar Hüseynli çıxıç edərək ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu, belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini və bələdiyyələrin fəaliyyətlərində səmərəliliyin artmasına səbəb olacağını bildirdi.

Qala bələdiyyəsinin sədri Mahir Novruzov və Türkan bələdiyyəsinin sədri Böyükağa Yarıyev çıxış edərək bu cür seminarların keçirilməsinə görə Blədiyyələrlə iş Mərkəzinin əməkdaşlarına təşəkkür edərək seminarda müzakirə olunan məsələlərə bələdiyyənin fəaliyyətində ciddi əməl olunacağını bildirdilər.

Görüşün sonunda iştirakçıların sualları mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR