"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzində işçi qrupunun iclası keçirilib

--2019-03-29 / 17:25

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 9.3.1-ci yarımbəndindən irəli gələn vəzifələrin icrası ilə bağlı yaradılmış işçi qrupunun növbəti iclası keçirilib. Belediyye.infoya bu barədə məlumatı Bələdiyyələrlə iş mərkəzindən daxil olub.

iclasda işçi qrupunun üzvləri ilə yanaşı, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin, habelə iqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Azərbaycan Kənd Bələdiyyələrin Milli Assosiasiyasının və pilot bələdiyyələrin sədrləri iştirak ediblər.

iclasda 2018-ci ildə görülmüş işlər və işçi qrupunun 2019-cu il üzrə iş planının icra vəziyyəti, habelə kəndin inkişaf modelinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Belediyye.info

ŞƏRHLƏR