"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş Mərkəzində müşavirə keçirilib

--2015-10-23 / 17:20

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində Regional ədliyyə şöbələrinin rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayın yekunlarına həsr edilmiş  iclasında möhtərəm prezident cənab ilham əliyevin çıxışından irəli gələn tapşırıqların icrası ilə bağlı, ədliyyə Nazilriyinin Kollegiya iclasının qərarından irəli gələn vəzifələr, o cümlədən Mərkəzin fəaliyyətinin 9 ayının yekunları müzakirə edilib. 

Tədbiri mərkəzin rəisi Mehdi Səlimzadə açaraq bildirib ki, ölkəmizdə davamlı inkişaf prosesi gedir. Bu prosess özünü sosial-iqtisadi inkişafla bağlı göstəricilərdə, eyni zamanda əhalinin rifah halının yaxşılaşdırılmasında, respublikamızda davam etdirilən yenidənqurma  işlərində, sosial obyektlərin tikintisində özünü daha çox göstərir: “Bildiyimiz kimi maliyyə, hərbi, iqtisadi böhran bütün ölkələri bürüyüb. Lakin respublikamız prezidentimiz cənab ilham əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində yenə də böyük uğurlara imza atmaqda davam edir.

Düzdür dünyada neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə öz təsirini göstərməkdədir. Lakin qeyri neft sektorunun və aqrar sahənin inkişafında baş verən dayişikliklər hələ ki, respublika büdcəsinin xərclərinin həyata keçirilməsinə öz mənfi təsirini göstərməmişdir. Bu cox yaxşı haldı. Bir sıra ölkələrdə hərbi, siyasi, ictimai vəziyyət acınacaqlı hal alıbdır. Hesab edirəm ki, xalqımızın əldə etdiyi ən böyük nailiyyət ictimai siyasi sabitlikdir.

Bunlarla yanaşı müəyyən problemlər də vardır ki, onları da prezidentimiz acıq şəkildə diqqətə çatdırdı. Respublikada baş verən bəzi məsələlərin, xüsusən koppupsiyaya qarşı mübarizə ilə əlaqədar həyata keçirilmiş tədbirlərin onu qane etmədiyini bildirdi. Bununla əlaqədar bizim də üzərimizə müəyyən vəzifələr düşür.

Korrupsiyaya qarşı mübarizə məsələlərində biz, Mərkəz və Regional ədliyyə şöbələri olaraq bələdiyyələrlə işin təşkilinə xüsusu diqqət yetirməliyik.”

Mərkəz rəisi daha sonra  vətəndaşların müraciətlərinə baxılması məsələsinə  diqqətlə yanaşmağın zəruriliyndən danışıb: “Mərkəzdə vətəndaşların qəbulu ilə bağlı heç bir problem yoxdur. Vətəndaşlar istədikləri zaman gəlib qəbula düşə bilirlər. Amma əsas məsələ müraciətlərin təmini məsələsidir. Düzdür, bəzi hallarda vətəndaşın müraciəti də haqsız olur. Amma bir çox müraciətlərdə vətəndaşın qoyduğu tələbləri yerinə yetirmək mümkündür. 9 ayın göstəricilərinə baxanda görürük ki, təmin olunmuş müraciətlərin sayı ümumi daxil olmuş müraciətlərə nisbətən çox aşağıdır. Gələcəkdə Regional ədliyyə şöbələri ilə birgə vətəndaş müraciətlərinin təmin olunması istiqamətində işləri artırmalıyıq.”

Tədbir ciddi fikir mübadiləsi ilə davam edtmiş və müzakirələrdən sonra  Regional ədliyyə şöbələrinin iştirakı ilə bələdiyyələrin ümumrespublika konfransının keçirilməsi qərara alınmışdır.

Bununla yanaşı tədbirdə büdcə vəsaitlərinə qənaət edilməsi məqsədi ilə elektron sənəd dövriyyəsindən istifadənin artırılması, həmçinin hesabatların təqdim edilməsi üçün bütün bələdiyyələrə yeni tövsiyə məktubunun göndərilməsi qərara alınıb.

Tədbirdə carti ilin 9 ayının yekunları müzakirə edilmiş, bələdiyyələrin işinin təşkilində qanuna müvafiq, hüquqi cəhətdən kömək göstərilməsi, bələdiyyə aktlarının qanunvericiliyə uyğunlaşdırılması, ləğv olunmuş qanunsuz qərarlarının icrasının təmin edilməsi, yol verilmiş qanun pozuntularının aradan qaldırılması, bununla bağlı hüquqi tədbirlərin davam etdirilməsi, habelə bələdiyyələrin mövcud problemlərinin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətin davam etdirilməsi qərara alınıb.

 

Belediyye.info

 

ŞƏRHLƏR