"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzində növbəti seminar keçirilib

--2016-08-20 / 00:44

ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş mərkəzində Bakı bələdiyyələrindən olan 45 nəfər bələdiyyə qulluqçusu üçün “Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili” mövzusunda növbəti seminar keçirilib.

Bu barədə Belediyye.infoya daxil olan məlumatda qeyd edilir ki, növbəti seminarı giriş sözüylə Bələdiyyələrlə iş mərkəzinin rəsi əvəzi Fazil Məmmədov açaraq bələdiyyələrin fəaliyyətində normativ-hüquqi aktların əhəmiyyətindən, o cümlədən kargüzarlıq işlərinin təşkili məsələlərindən danışaraq öz təklif və tövsiyələrini bildirib.

Seminarda mərkəzin əməkdaşı Səfa Cəfərov  “Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili” mövzusunda  geniş məruzəylə çıxış edib. Çıxışında müasir informasiya texnologiyalarından istifadəyə yönəldən məruzəçi bələdiyyələri  bu işdə  daha aktiv olmağa çağırıb. Onun sözlərinə görə, iKT-dən istifadə etməklə bələdiyyələr sakinlərin qarşılaşdığı problemlərin həllini də sürətləndirə bilərlər. Bununla yanaşı S.Cəfərov bələdiyyələrdə bu işdə kadr hazırlığına da  diqqəti artırmağı qeyd edib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

 

ŞƏRHLƏR