"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzində seminar keçirilib

--2016-08-06 / 14:05

ədliyyə Nazirliyinin  Bələdiyyələrlə iş mərkəzində Bakı bələdiyyələri üçün “Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili” mövzusunda seminar keçirilib. Bu barədə Belediyye.infoya daxil olan məlumatda qeyd edilir ki, seminarı giriş sözüylə Bələdiyyələrlə iş mərkəzinin rəsi əvəzi Fazil Məmmədov açaraq bələdiyyələrin fəaliyyətində normativ-hüquqi aktların əhəmiyyətindən danışıb.

Seminarda mərkəzin əməkdaşı Səfa Cəfərov  “Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili” mövzusunda  geniş çıxış edib. Çıxışında əsas diqqəti müasir informasiya texnologiyalarından istifadəyə yönəldən məruzəçi bələdiyyələri  daha aktiv olmağa çağırıb. Onun sözlərinə görə, iKT-dən istifadə etməklə bələdiyyələr sakinlərin qarşılaşdığı problemlərin həllini də sürətləndirə bilərlər.

Seminarda həmçinin bu sahədə yeni normativ-hüquqi aktlar barədə geniş məlumat verilib,  yeniliklər və qarşıda duran vəzifələr müzakirə edilib.

Sonda iştirakçıları maraqlandıran suallar da cavablandırılmışdır.

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bu sahədə maarifçilik işi davam etdirilir. 

Belediyye.info

ŞƏRHLƏR