ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində Bakı şəhərində formalaşan 52 bələdiyyənin vergi xidməti orqanının rəhbərləri üçün “Yerli özünüidarəetmə orqanlarında vergi işinin səmərəliliyinin artılırması” mövzusunda seminar keçirilib.
Bu barədə Belediyye.infoya daxil olan məlumatda qeyd edilir ki, seminarı giriş sözüylə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin baş məsləhətçisi Hafiz əliyev açaraq dövlət başçısı ilham əlivevin bələdiyyə sahəsində şəffaflığın və korrupsiya hallarının qarşısının alınması üçün atdığı addımlardan danışıraq qəbul edilən sənədlərin bələdiyyələr üçün əhəmiyyətindən danışıb. Mərkəz rəsmisi bələdiyyələrin maliyyə vəziyyətinin nizama salınmasında, büdcə vəsaitlərinin vaxtında və problemsiz yığılmasında bələdiyyə vergi xidmətinin işini səmərəli təşkilinin mühüm rol oynayır.
Seminarda maliyyə məsələləri üzrə ekspert Zöhrab Fərəcov “Yerli özünüidarəetmə orqanlarında vergi işinin səmərəliliyinin artılırması” mövzusunda geniş məruzə ilə çıxış edib. Çıxışında əsas diqqəti vergi siyasəti sahəsində ötən il qəbiul edilən əlavə və dəyişikliklərdən, yerli vergilərin yığımın müasir informasiya texnologiyalarından istifadəsində bələdiyyələri daha aktiv olmağa çağırıb. Onun sözlərinə görə, vergilərin onlaynödəniş sisteminin tətbiqi, habelə onun hesablanması qaydalarına riayət edilməsi nəticə etibariylə sakinlərin qarşılaşdığı problemlərin həllini də sürətləndirə bilər.
Seminarda vergi məsələrində tətbiq edilən yeniliklər və qarşıda duran vəzifələrdə müzakirə edilib.
Sonda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bu sahədə maarifçilik işi davam etdirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|