"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzində seminar keçirilib

--2016-03-03 / 11:43

ədliyyə Akademiyası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəziylə birgə  mərkəzin akt zalında Bakı şəhəri üzrə bələdiyyə qulluqçularının iştirakı ilə “Bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tətbiqi” mövzusunda seminar  keçirilib.

Seminarı açan Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə hazırda bələdiyyələr qarşısında dayanan vəzifələr barəsində danışaraq indiki məqamda bələdiyyələri daha akiv olmağa çağırmış, həmçinin vətəndaşların qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşmalı olduqlarını bildirib. Mərkəz rəisinin sözlərinə görə, hər bir bələdiyyə ictimaiyyətə açıq olmalı, fəaliyyətini  şəffaf qurmalı, hesabat  verməyi unutmamalıdır. Hazırda qəbul edilmiş qanun və normativ hüquqi sənədlər bələdiyyələrin fəaliyyətinə tam şərait yaradır. Seminarın təşkilində məqsəd məhz bələdiyyə qulluqçularına qanunvericiliyin icra mexanizmlər barədə daha ətraflı məlumatlandırmaq və onları praktik şəkildə maraqlandıran sualları cavablandırmaqdır.     

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin inzibati nəzarət idarəsinin baş məsləhətçisi Hafiz əliyev çıxış edərək  bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsi işi dövlətimiz tərəfindən mütəmadi olaraq həyata keçirilir, bu sahə daim diqqət mərkəzində saxlanılır. Ötən il bir sıra layihələr Milli Məclis tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanunu Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq, vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimov çıxışında  bildirib ki,  yeni inzibati Xətalar Məcəlləsinin, “Vətəndaş müraciətləri haqqında” Qanunun qəbul edilməsi və digər qanunvericiliyə edilmiş dəyişikliklər bələdiyyə qulluqçuları tərəfindən öyrənilməli qanunvericiliyin tələblərinə ciddi əməl olunmalıdır.  Mütləq təqdim edilməli olan bələdiyyə aktlarının qanunla müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim olunması zəruridir. Yeni Məcəllə ilə inzibati cərimələr artırılmışdır. Bu da bələdiyyə sədrlərinin daha məsuliyyətli olmağa sövq edir. Eyni zamanda “Etik davranış qaydalarına” ciddi əməl olunması bələdiyyələrə tövsiyə edilmiş onları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarda bələdiyyə büdcəsinin tərtibi və onun icrasi barədə Bələdiyyələrlə iş mərkəzinə maliyyə məsələləri üzrə mütəxəsis Zöhrab Fərəcov tərəfindən ətrafli məlumat verilib.

O qeyd edib ki, bələdiyyələrə daxil olan vəsaitlərin səmərəli istifadə edilməsi üçün bələdiyyə büdcəsinin düzgün tərtib edilməsi və onun icrasına düzgün nəzarət edilməsi zəruridir.

Məruzəsində Z.Fərəcov bildirib ki, bələdiyyə büdcəsinin gəlir hissəsinin əsas mənbələri- vergilərdən, rüsumlardan, bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər təşkil edir. Bundan əlavə dövlət tərəfindən bələdiyyələrə dotasiya və təqdim olunmuş layihələrin maliyyələşdirilməsi üçün subvensiyalar ayrlılır. əfsuslar olsun ki, hələ də bələdiyyələrdə  vergilərin toplanmasında və onun uçotunda ciddi nöqsanlar mövcuddur. Belə ki, hesablanmış vergilərin mühasibat uçotu tam aparılmır yalnız analitik uçotun aparılmasıyla kifayətləndirlir. Bu da ötən illərdən qalan vergi borclarının itkisinə səbəb olur. Eyni zamanda cari ildə tərtib olunan bələdiyyə büdcəsində əksər hallarda nəzərə alnmır, bu da öz növbəsində büdcənin uyğunsuzluğuna səbəb olur. Büdcənin məxaric hissəsnin nəzərdə tutulan vəsaitlərin xərclənməsində bəzən nöqsanlara yol verilir. Birmənalı olaraq bələdiyyə büdcəsindən xərclənən hər bir vəsait yalnız bələdiyyə iclasının qərarıyla keçirilməlidir. Həmin qərarda xərclənən vəsaitin məbləği və onun təyinatı dədiq qeyd olunmalıdır.  Z.Fərəcov seminar iştiakçılarının nəzərinə çatdırıb ki, bələdiyyə büdcəsində nəzərdə tutulan əməkhaqqı fondunun həcmi büdcənin ümumi gəlirinin 50 faizindən artıq olmamalıdır. əməkhaqqı fondu dedikdə bələdiyədə ştat cədvəli üzrə  təsdiq olunmuş və hesablanmiş əməkhaqqı məbləğı, nəzərdə tululmuş digər əlavələr  və həmin məbləğlərin cəminə  22% DSMF-yə  hesablanmış vəsaitin məbləği nəzrədə tutulur.

Sonda seminar iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 Belediyye.info

  

ŞƏRHLƏR