Bu barədə Belediyye.infoya daxil olan məlumata görə,
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 9.3.1-ci yarımbəndindən irəli gələn vəzifələrin icrası ilə bağlı yaradılmış işçi qrupunun 21.12.2018-ci il tarixdə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində növbəti və geniş tərkibdə iclası keçirilmişdir. iclasda işçi qrupunun üzvləri ilə yanaşı, iqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, regional ədliyyə idarələrinin, bələdiyyələrin milli assosiasiyalarının nümayəndələri, habelə pilot bələdiyyələrin sədrləri və ekspertlər iştirak etmişlər.
iclasda kəndin inkişaf modelinin yaradılması ilə bağlı verilmiş təkliflər, pilot bələdiyyələrin ərazilərinə investisiyaların cəlb edilməsi, başqa maliyyə mənbələrinin, o cümlədən kreditlər və subvensiyaların ayrılması imkanları, qrantların alınması, pilot bələdiyyələrdə vergi və ödənişlərin yığımının yaxşılaşdırılması, şəffaflığın artırılması məsələləri müzakirə edilmişdir.
Tədbir iştirakçılarına Avropa ittifaqının maliyyə dəstəyi ilə iqtisadiyyat Nazirliyi və Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin (GiZ) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Yerli inkişaf planları”nın hazırlanması layihəsi, habelə Aqrar Kredit və inkişaf Agentliyi tərəfindən təqdim olunmuş Kənd Fəaliyyət Planları barədə geniş məlumat verilmiş, bu layihələrdən və formalaşmış təcrübədən kəndin inkişaf modelinin yaradılmasında istifadə olunması məqsədəuyğun sayılmışdır.
iclasda Bələdiyyələrlə iş mərkəzinin hazırladığı və GiZ-nin maliyyə dəstəyi ilə çap edilmiş “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” kitabının təqdimatı keçirilmiş və iştirakçılara paylanmışdır.
Belediyye.info
|
|
|
|
|
|
|