sorğu
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində inzibati Nəzarət idarəsinə yeni rəis təyinatı olub.
ədliyyə Naziri Fikrət Məmmədovun müvafiq əmriylə nazirliyin Göyçay regional şöbəsinin rəisi Ruslan Osmanlıya Bələdiyyələrlə iş mərkəzi inzibati Nəzarət idarəsinin rəisi vəzifəsi həvalə edilib.
Nazirin digər əmriylə Nazirliyin Lənkəran regional şöbəsinin rəisi ilkin Nəcəfova icra Baş idarəsinin rəis müavini vəzifəsi həvalə edilib.
Xatırladaq ki, R.Osmanlı və ilkin Nəcəfov əvvəl Bələdiyyələrlə iş mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışıblar.
Qeyd edək ki, hazırda ədliyyə Nazirliyinin Göyçay və Lənkəran regional şöbələrinin rəisi vəzifəsi vakant olaraq qalır.
Belediyye.info