"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzinə rəis təyinatı

--2016-06-13 / 08:54

Bu günlərdə Prezident sərəncamıyla ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəisi,  III dərəcəli dövlət ədliyyə müşaviri Mehdi Səlimzadə irəli çəkilərək Göyçay Rayon icra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. On iki ilə yaxın bir müddətdə çalışdığı kollektivlə ötən şənbə günü vida görüşü keçirərək M.Səlimzadə artıq yeni vəzifəsinin icrasına başlayıb.

Bələdiyyələrlə iş mərkəzindən verilən məlumatda bildirilir ki, hələlik mərkəzə yeni rəis təyinatı olmayıb. əsasnaməyə görə ədliyyə Nazirinin müvafiq əmriylə rəisin səlahiyyətlərini müvəqqəti olaraq rəisin  birinci müavini Fazil Məmmədov icra edəcək.

Belediyye.info

ŞƏRHLƏR