Avropa ittifaqının şərq Tərəfdaşlığı proqramı çərçivəsində Çexiya Xarici işlər Nazirliyi tərəfindən Belarus Respublikasının Brest şəhərində “Yerli və regional səviyyələrdə dövlət idarəçiliyinin islahatı ” mövzusunda seminar keçirilib.
Seminarda Azərbaycanı ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Xaliq əsgərov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni təmsil edib.
Seminarla bağlı təəsüratlarını Belediyye.infonun əməkdaşıyla bölüşən Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı Xaliq əsgərov tədbirdə şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin- Belarus, Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan və Ermənistandan olan nümayəndə heyətləri iştirak edib.
X.əsgərovun sözlərinə görə, təcrübə mübadiləsi qismində bu kimi seminarların mühüm rolu vardır. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri fəal çıxış edərək, ölkəmizdə şəffalığın təmin edilməsində ciddi addımların atıldığını xüsusi vurğulanıb.
istər regionların inkişafı istiqamətində, istərsə də yerli orqanların qarşılaşdığı problemlərin həllində dövlət səviyyəsində mühüm layihələr icra olunub.
“ASAN XiDMəT” artıq bir Azərbaycan brendi olaraq bütün dünyada tanınır.
X.əsəgorv bildirib ki, seminarın işində tanınmış simalar mühazirələr oxumuş öz təcrübələrini tədbir iştirakçılarına paylaşıblar.
Belediyye.info
|
|
|
|
|
|