Bakı. Ramiz Mikayıloğlu - APA. “Böyük şəhər bələdiyyələri yaradılmalıdır. Bu qədər xırda qurumlara nə ehtiyac var?”
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - ədliyyə NazirliyiBələdiyyələrlə iş Mərkəzinin illik məruzəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili Zahid Oruc bildirib ki, ötən müddətdə yerli icra orqanlarını bələdiyyələrin müstəqilliyinin faydalı olmasına inandırmaq mümkün olmayıb: “Tez-tez mətbuatda oxuyuruq ki, icra Hakimiyyəti başçısı bələdiyyə sədrinə xəbərdarlıq edir, bələdiyyə sədrinə vaxt verir. icra Hakimiyyəti başçısı hansı səlahiyyətlə bələdiyyəyə xəbərdarlıq edir? Digər tərəfdən, niyə bələdiyyələrin dövlət büdcəsinin yardımına ehtiyacı var, vergiləri yığmaq mümkün olmur? Bələdiyyələri torpaqsatan imicindən çıxarmaq üçün ya onlara müstəqillik verməli, ya da bələdiyyələri ləğv etməliyik. Vətəndaş bilməlidir ki, vergi üçün verdiyi pul sonra yolların düzəlməsinə, bələdiyyə kreditlərinin ödenmesine sərf olunacaq. O halda vətəndaş bölgələrə qayıdacaq. Bölgələrdə 1 milyon iş yeri açılması imkanı var”.
Spiker Oqtay əsədov Milli Məclisin qəbul etdiyi qanunların icrasına nəzarət etməklə bələdiyyələrə dəstək verməli olduğunu vurğulayıb: “Bələdiyyələrin özlərinin də təşəbbüsü olmalıdır. işləmək üçün təşəbbüslər göstərməli, biz də dəstək verməliyik”.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılıb və qənaətbəxş sayılaraq qəbul olunub.
http://az.apa.az/news/415677

