ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir əlizadə bu gün - yanvarın 7-də dünyasını dəyişib.
Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.
Qeyd edək ki, Zahir Məmməd oğlu əlizadə uzun illər ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi təyin edilmişdi. Zahir əlizadə daha əvvəl ədliyyə Nazirliyinin icra Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Mərhum “icra hüququ” kitabının müəllifidir.