"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzinin təmsilçisi Strasburqda səfərdə olub

--2015-12-11 / 16:05

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Qədir Xəlilovun Belediyye.infoya verdiyi məlumata görə, Fransanın Strasburq şəhərində Avropa şurası çərçivəsində fəaliyyət göstərən Demokratiya və idarəçilik üzrə Avropa Komitəsinin (CDDG) dördüncü görüşü keçirilib.

Q.Xəlilovun sözlərinə görə, tədbirdə Avropanın 35 ölkəsindən yerli özünüidarə orqanları üzrə məsul qurumların, eləcə də müşahidəçi qismində Yerli və Regional Hakimiyyətlər Konqresi, Parlament Assambleyasının, Avropa Regionları Assambleyasının, Avropa şurasının Bələdiyyələri və Regionları, iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının nümayəndələri iştirak ediblər.

Komitənin iclasını açan Avropa şurasının (Aş) Demokratiya üzrə direktorluğun rəhbəri Samardik Markoviçin Aş-da baş verən son dəyişikliklər barədə məlumat vermiş və aparılan islahatları qeyd edib. Ötən müddətdə keçirilmiş CDDG komitəsinin bürosunun iki iclaslarının hesabatları dinlənilmişdir. Norveçin Yerli özünüidarə və Modernizasiya Nazirliyinin Dövlət katibi Qret Ellinqsen  ölkəsində yerli özünüidarə ilə bağlı aparılan islahatlar barədətəqdimatla çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Gündəliyə uyğun olaraq müzakirə olunan digər məsələ Bosniya və Herseqovinanın Aş Nazirlər Komitəsinə rəhbərliyi zamanı əsas istiqamətlər və burada yerli və regional demokratiya ilə bağlı məsələlərin müzakirəsi də keçirilib.

            Bolqarıstanın Regional inkişaf və ictimai məsələlər Nazirliyinin eksperti Desislava Draqova  ölkəsinin sədrlik dövründə əsas priopritetlər, istiqamətlər, keçiriləcək təbirlər və burada yerli və regional demokratiya ilə bağlı məsələlər barədə məlumat verib.

Böyük Britaniyanın Regional məsələlər və Siyasət Assosiasiyasının sədri, professor Paul Hildrez “Paytaxat şəhərlərdə demokratik idarəçilik” mövzusunda təqdimatla çıxış edib. Paytaxtlarda faydalı idarəçiliyi təşkil etmək məqsədilə ayrı-ayrı şəhərlərda həyata keçirilən iqtisadi, coğrafi, planlaşdırma və digər işlər barədə müzakirələr aparılıb.

Müzakirə olunan digər məsələ Transərhəd əməkdaşlıqla bağlı maneələrin aradan qaldırılması və bu sahədə nümunəvi təcrübəyə dəstək verilməsi üzrə  məruzələr olub.

Tədbirdə həmiçinin, Aş Demokratiya üzrə Dünya Forumu ilə bağlı şöbənin rəhbəri iren Quidikova, Norveçin Aş-da daimi nümayəndəsi Astrid Helle, Norveçin Stavanqer şəhərinin xüsusi nümayəndəsi inqrid Hauq “Mədəniyyətlərarası şəhərlərdə idaərəçilik” mövzusunda təqdimatlarla çıxışlar etdilər.

Proqrama uyğun yerli və regional demokratiya sahəsində digər fəaliyyət istiqamətlərinə toxunularaq yerli səviyyədə Avropa şurasının Yenilik və faydalı idarəçilik Strategiyasına, əməkdaşlıq və yardım proqramlarına, Yerli hakimiyyət islahatları üzrə Ekspertiza Mərkəzinin fəaliyyətinə, 2015-ci ildə keçirilmiş Avropa Yerli Demokratiya Həftəsinə və Avropa şurasının digər qurumlarının fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. CDDG ilə Konqres arasında birgə fəaliyyət, üzv ölkələrdə yerli və regional demokratiyanın inkişafı, müsbət təcrübənin öyrənilməsində hər iki qurumun rolu və s. məsələlərlə bağlı Konqresin nümayəndəsi Jan Bozulu çıxış edib. iclasda seçkilər keçirilərək CDDG-nin bürosunun rəhbəri, müavini və 2 üzvü seçildi.

Tədbir çərçivəsində Aş Demoratik institutlar və idarəçilik Departamentinin rəhbəri Alfonso Zardi görüşdüyünü deyən Q.Xəlilov söhbətdə Avropa şurası ilə Azərbaycan arasında həyata keçirilən Fəaliyyət Proqramına uyğun olaraq Azərbaycanda yerli özünüidarənin inkişafı ilə bağlı 2016-cı ildə əməkdaşlığın davam etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldığını qeyd edib.

Belediyye.info 

ŞƏRHLƏR