"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyəmiz qəsəbədə quruculuq işlərini müntəzəm olaraq davam etdirir

--2017-01-16 / 13:25

Ulu öndər Heydər əliyevin siyasi kursunu böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab ilham əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son illər Azərbaycan inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə ciddi uğurlara imza atılmışdir.

 Ölkəmiz 2016-cı ildə uğurla inkişaf etmişdir. Bu inkişaf yerli özünəidarə orqani olan bələdiyyə sahəsində özünü göstərmişdir.

 23 dekabr 2014-cü il ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Səngəçal bələdiyyəsi bu seçkilərdə 9 üzvü ilə formalaşıb. Bunlardan 6-sı qadın, 3-ü isə kişidir. Bu da ölkəmizin inkişafında , sosial, iqtisadi,ekoloji proqramların həyata keçirilməsində ölkə rəhbərinin  və xalqımızın gənclərə və qadınlara etimadının nəticəsidir.

 2016-cı ildə Səngəçal bələdiyyəsinin 18 ümumi iclası keçirilmişdir. Həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilmiş və müvafiq qərarlar verilmişdir.

2016-cı il üçün Səngəçal bələdiyyəsinin gəliri proqnoz üzrə nəzərdə tutulanın 74%-ni təşkil etmişdir. Bunlardan 7.63% topaq vergisindən, 36.61% əmlak vergisindən, 8.06 % icarə haqqından, 9.91% dotasiya, 11.53% digər gəlirlərdən olmuşdur.

Bu il ərzində Bələdiyyənin xərcləri proqnozun 71.20%-ni təşkil etmişdir. Bunun  48.50%-i əməyin ödənilməsi üçün , 10.24%-i özünəidarənin saxlanmasına, 12.40%-i əhaliyə yardıma xərclənmişdir.

Hesabat dövrü ərzində Bələdiyyəmizə 72 şifahi müraciət, 5 yazılı müraciət olmuşdur.Müraciətlərə yerindəcə baxılmış, əksəriyyəti öz həllini tapmışdır.

Ötən il ərzində bələdiyyəmiz respublikamızda keçirilən müxtəlif tədbirlərdə iştirak etmişdir.

19-20 mart tarixlərində Novruz bayramı münasibətilə qəsəbəmizdə müxtəlif yardımlar edilmişdir.

Aprel döyüşlərində əsgərlərimizə dəstək məqsədilə Qaradağ rayonunda keçirilmiş tədbirdə iştirak edilmişdir.

6-7 iyul Müqəddəs Ramazan bayramı münasibətilə qəsəbəmizin aztəminatlı ailələrinə erzaq yardımları olunmuşdur.

12-13 sentyabr Dünya müsəlmanlarının müqəddəs Qurban bayrami munasibətilə qəsəbəmizdə bəzi aztəminatlı ailələrə ət və ərzaq yardımları edilmişdir.

il ərzində Bakı-ələt yoluna paralel qəsəbədaxili yola 17 maşın, məmmədyarov küçəsinə 6 maşın, 3-cü massivdəki küçələrə 45 maşın cınqıl tökülərək yayılmışdır.

Yaz-yay, payız-qış mövsümü ilə əlaqədar ərazidə həftənin şənbə günləri iməcliklər keçirilmiş, ərazidə təmizlik işləri aparılmışdır, məişət tullantılarının daşınması təşkil edilmiş, təmizliyə nəzarət artırılmışdır.

Bakı-ələt magistral yolu ətrafında Səngəçal hissəsində 650 ədəd ağac kolları əkilmişdir.

 Qaradağ rayon icra Hakimiyyəti Başçısı Süleyman Mikayılovun dəstəyi ilə qəsəbədə quruculuq abadlıq işləri müntəzəm olaraq davam etdirilir. Səngəçal Bələdiyyəsi bundan sonrada öz işini qəsəbədəki problemlərin həll olunması, Bələdiyyələrlə iş Mərkəzinin və Qaradağ Rayon icra Hakimiyyəti Başçısının tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində quracaq və qəsəbədəki sakinlərin problemlərinin həllinə nəzarəti daha da gücləndirəcəkdir.

şəlalə Bədəlova

Qaradağ rayon Səngəçal bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR